AccessBank ötən ili mənfəət ilə başa vurub
AccessBank 2021-ci il üzrə maliyyə hesabatını açıqladıMikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2021-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relidə bildirilir ki, AccessBankın ümumi portfeli 2021-ci ilin sonuna 130 milyon artaraq 632.5 milyon təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.8% çoxdur.
2021-ci ilin dördüncü rübü üzrə artım 60.3 milyon manat təşkil edib.
Kredit portfelinin 85%-ni biznes kreditləri təşkil edib. 2021-ci ildə AccessBank tərəfindən 636.6 milyon manat kredit verilib, bu da 2020-ci il ilə müqayisədə 285.5 milyon manat və ya 81.3% çoxdur. Verilən kreditlərin yarıdan çoxu regional filialların payına düşüb.
Bankın depozit portfeli 2021-ci ilin sonuna 62.3 milyon artaraq, 689.8 milyon təşkil edib. Bu da ötən il ilə müqayisədə 9.9% çoxdur.
Bankın 2021-ci ilin sonuna faiz gəlirləri 53.7 milyon manat təşkil edib. Bu da ötən il ilə müqayisədə 4 milyon manat, və ya 8.1% çoxdur.
Bank 2021-ci ilin dördüncü rübündə xalis gəlirini 2 milyon manat artıraraq, ili 1.1 milyon manat mənfəətlə bitirib.
Hazırda Bankın məcmu kapitalı 79.7 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 29.7 milyon manat artıqdır.
2021-ci ilin sonuna bankın aktivləri 932.2 milyon manat təşkil edib, bu da ötən ilin sonu ilə müqayisədə 76.3 milyon, yaxud 8.9% çoxdur.
2021-ci ilin sonunda bankın ani likvidlik əmsalı 71.2 % olub ki, bu da normadan (30%) 2 dəfə çoxdur.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri dördüncü rübdə bankın maliyyə nəticələrini şərh edib: “Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelini artırmaq idi ki, biz bu məqsədimizə uğurla nail olduq. Eyni zamanda AccessBank hər ay 5000-ə yaxın sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə dəstəyimizin bariz nümunəsidir. Depozit portfeli, likvidlik və ümumi əməliyyat göstəricilərimiz stabil müsbət tendensiya nümayiş edir. Əminik ki, pandemiyanın yaratdığı neqativ hallar geridə qalıb və bank bundan sonra da biznesə fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidlərini təkmilləşdirməyə davam edəcək”.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
21 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
26 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
33 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 44 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb






.jpg)








.jpg)







