Sədri Yelo Bankın 2022-ci ilə əsas hədəfini açıqladı
"2022-ci ilə əsas hədəfimiz daha çox xidmətlərimizin tam rəqəmsal təqdim olunmasıdır".
Marja xəbər verir ki, bunu Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 2021-ci ilin 4-cü rübünün maliyyə nəticələrini şərh edərkən bildirib.
Bankın sədri qeyd edib ki, pandemiyanın təsirlərinə baxmayaraq Bankın uğurla həyata keçirilən inkişaf strategiyası fəaliyyət göstəricilərini qorumağa və hətta yaxşılaşdırmağa imkan verib:
“Ən əsası bu inkişafın demək olar ki, Bank-ın bütün fəaliyyət istiqamətləri üzrə baş verməsidir. 2021-ci il Yelo Bank üçün parlaq bir il oldu. Əldə olunan pozitiv rəqəmləri analiz etdikdə başa düşülür ki, hər biri təsadüfi deyil, addım-addım qazanılmış uğurların nəticəsidir. Yalnız bu formada başlanılan inkişafı uzunmüddətli və dayanıqlı etmək olur. 2022-ci ilə əsas hədəfimiz daha çox xidmətlərimizin tam rəqəmsal təqdim olunmasıdır. Həmçinin, əsasən regionlarda olmaqla yeni xidmət şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulub. Filiallarla bərabər, kollektivimizin böyüməsi və göstərilən xidmət çeşidinin artırılması ilə Yelo Bank-ın daha da böyüyəcəyinə əminik. Əsas məqsədimiz sadəcə böyümək deyil, bu böyüməni keyfiyyətli formada reallaşdırmaqdır. Ötən il ərzində kredit portfelimizin artımı və portfelin keyfiyyəti düzgün yolda olduğumuzu göstərir. Bankın inkişafındakı əvəzsiz töhfələrinə görə müştərilərimizə, göstərdikləri etimada görə tərəfdaşlarımıza, əzmkarlarıqlarına görə komandamıza təşəkkür edirəm”.
Qeyd edək ki,“Yelo Bank” 2021-ci ili 11 milyon 733 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 39 milyon 748 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, “Yelo Bank” illik olaraq da zərərdən mənfəətə keçib.
“Yelo Bank”ın faiz gəlirləri 2021-ci ildə 63 milyon 589 min manat (2020-ci ildə 53 milyon 539 min manat), qeyri-faiz gəlirləri 3 milyon 588 min manat (2020-ci ildə 3 milyon 783 min manat) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
15 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 19 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb






.jpg)
.jpg)






.jpg)







