“Danone” və “Valio” qiymətləri artıracaqlarını elan ediblər
Rusiyaya yeni inflyasiya dalğası yaxınlaşır: İstehsalçılar süd və çörəyin qiymətlərini artırırlarƏsas ərzaq məhsullarının kəskin bahalaşması ilə üzləşən Rusiya istehlakçıları yaxın aylarda yeni inflyasiya dalğasına dözməli olacaqlar.
Marja Rusiya mətbuatına istinadən xəbər verir ki, pərakəndə satış şəbəkələri istehsalçılardan daha iki kateqoriyada malların - süd və çörəyin yeni qiymət etiketləri barədə bildirişlər almağa başlayıblar.
"Prostokvashino" və "Activia" brendləri altında fəaliyyət göstərən Rusiyanın ən böyük süd məhsulları istehsalçılarından biri olan “Danone Rusiya” şirkəti pərakəndə satışçılara fevral ayından etibarən qiymətləri 10% artıracağını bildirib.Şirkət süd məhsullarının birja qiymətlərinin maksimum həddə çatmasına istinad edir: kərə yağı il ərzində 45%, yağsız süd tozu 35% bahalaşıb. Bundan əlavə, qablaşdırma (+6,9%) və logistika (+6,7%) xərcləri artıb.
“Danone”nin ardınca “Valio” da qiymətləri qaldıra bilər, çünki xam südün qiyməti il ərzində 15-20% artıb. “Piskarevskiy” süd zavodu (“Piskarevskoye”, “Klever” brendləri) dekabrda qiymətləri 6-8% artırıb.
Qeyd edək ki, Azərbaycana "Danone" məhsulları Rusiyadan idxal olunur.
Südlə bərabər çörək də bahalaşa bilər. Ötən həftə Finlandiyanın “Fazer” Qrupunun Rusiya bölməsi öz tərəfdaşlarına məhsullarının satış qiymətlərinin 16,5-30% artırılacağı barədə xəbərdarlıq edib. Rusiyanın ilk 5 çörək istehsalçısından biri olan şirkət buna səbəb kimi xammal, qablaşdırma, istehsal və məhsulların satışı xərclərinin artmasını göstərib.
Digər istehsalçılarda pərakəndə satış şəbəkələrinə qiymətlərinin artırılacağı barədə xəbərdarlıq etməyə başlayıblar.
Daha əvvəl qazlı içki və qəhvə istehsalçıları qiymətlərin 25% artacağı barədə xəbərdarlıq etmişdilər. Rusiyanın əsas uşaq qidası istehsalçısı "Progress" ASC (Fruto Nyanya) da pərakəndə satış şəbəkələrinə fevral ayında məhsullarının qiymətlərinin 15,5% artması barədə məlumat verib.
Rusiya Statistika Xidmətinin (Rosstatın) məlumatına görə, yanvarın 21-nə Rusiyada inflyasiya son 6 ilin rekordunu yeniləyib - 8,64%. Ərzaq qiymətlərinin artım tempi 10,71%-ə çatıb və 2015-ci ilin dekabrından bəri ən yüksək göstərici olub.
Ötən ilin dekabr ayına olan məlumata görə, ən yüksək inflyasiya Venesuela (686%), Suriya (139%), Zimbabve (60,7%) Argentina (50,9%) Türkiyə (36,1%) və İranda (35%) qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
34 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
55 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























