Türkiyə hakimiyyəti lirəni sabitləşdirmək üçün "qızıl ovuna" başlayıb
Zinət əşyaları qızıl külçələrə çeviriləcək.Türkiyə “yastıq altında” saxlanılan qızılı bank sisteminə yönləndirəcək bir sxemlə vətəndaşların lirəyə marağını yenidən artırmaq niyyətindədir. Marja xəbər verir ki, bunu ölkənin maliyyə naziri Nurəddin Nebati deyib.
Türkiyənin maliyyə naziri Nurəddin Nebati hökumətin təşəbbüsü çərçivəsində türklərin evlərində saxladıqları 250 milyard dollarlıq qızılın 10%-ni (25 milyard dollarlıq hissəsini) lirəyə çevirəcəklərinə ümid etdiyini bildirib.
Nebati, 30,000 zərgərlik mağazasının, 2021-ci ildə dollar qarşısında dəyərinin 44%-ni itirən lirənin düşməsini dayandırmaq üçün dekabr ayında açıqlanan daha böyük fövqəladə tədbirlərə əsaslanacaq sxemdə böyük rol oynayacağını söyləyib.
Hökumət, ölkənin mərkəzi bankının ehtiyatlarını doldurmağa kömək etmək üçün proqram çərçivəsində bağışlanan zinət əşyalarını qızıl külçələrə çevirmək üçün beş qızıl emalı zavodu ilə müqavilələr imzalayıb.
Maliyyə Nazirliyi planı şərh etməkdən imtina edib. Türkiyənin dövlət "Anadolu" xəbər agentliyi Nebatiyə istinadən xəbər verib ki, evlərdə saxlanılan qızılın maliyyə sisteminə köçürülməsi üçün tezliklə yeni tədbirlər elan ediləcək (Xəzinə və maliyyə naziri Nurəddin Nebati bu gün Bakı vaxtı ilə saat 16:00-da Habertürk - Bloomberg HT ortaq yayımında Barış Esen və Zeliha Saraçın suallarını cavablandıracaq. Nazir Nəbatinin eksklüziv müsahibəsində Londonda keçirdiyi görüşlər, qorunan əmanətlərdə son vəziyyət, yastıq altındakı qızılın iqtisadiyyata daxil edilməsi, hökumətin iqtisadiyyat üçün yeni alətləri barədə məlumat verəcəyi gözlənilir)
Bank sistemindən və ölkənin inflyasiya tarixindən şübhələnən türklər əmanətlərini qorumaq üçün uzun müddətdir ki, toy və doğum mərasimləri üçün ənənəvi hədiyyə olan qızıla üstünlük verirlər.
Bununla belə, Türkiyə rəsmiləri bunu daha geniş “dollarlaşma”nın bir hissəsi və ya daim türk lirəsi üzərində ağırlıq yaradan xarici valyutalara və qiymətli metallara keçidin bir hissəsi kimi görürlər.
Yeni depozit sxemi müəyyən nəticələr verərək, ümumilikdə təxminən 23 milyard dollar cəlb etsə də, analitiklər onların uzunmüddətli perspektivdə lirəyə olan inamsızlığı aradan qaldırmağa kömək edəcəyinə şübhə ilə yanaşırlar (Yeni depozit sxeminə görə, Dolların məzənnəsinin artımı bankların ödədiyi faizdən yüksək olduğu halda, Türk Lirəsi əmanətçilərinə hökumət kompensasiya ödəyəcək.)
Yanvarda Türkiyədə inflyasiyanın 48,7%-ə çatdığını nəzərə alsaq, ölkədə mənfi real faiz dərəcəi təxminən 35%-dir.
Bir investor, Türkiyənin lirəyə uzun müddətdir davam edən inamsızlığının aradan qaldırılmasının çətin olacağını söyləyib:
"Bəlkə həqiqətən yaxşı bir faiz təklif etsələr, bir qədər cəlb bilərlər. Ancaq onların 25 milyard dollar qazanacağına şübhə edirəm."
LİRƏNİN UCUZLAŞMASI VƏ İNFLYASİYA
Türkiyədə dekabrda inflyasiya 36,1%-ə çatıb ki, bu da prezident Rəcəb Tayyib Ərdoğanın 19 illik hakimiyyəti dövründə ən yüksək göstəricidir. Ölkənin mərkəzi bankının yanvar ayı sorğusuna əsasən, növbəti 12 ay üçün inflyasiya gözləntiləri 21,39%-dən 25,37%-ə yüksəlib. Bəzi "Wall Street" bankları keçən ilin valyuta böhranı səbəbindən inflyasiyanın 50%-i keçə biləcəyini proqnozlaşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















