Nazir: "Azad iqtisadi zona" haqqında qanuna layihəsinin ekspertizası qısa müddətdə başa çatacaq"
"2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yükdaşımaların həcmi 23% artıbBunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən Azərbaycan - Avropa ittifaqı biznes forumunda deyib.
Onun sözlərinə görə, neft sektorunda daşımalar 21%, qeyri-neft sektorunda daşımalar 35% artıb. Ş.Mustafayev bildirib ki, avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmində isə 46% artım müşahidə olunur.
Ş.Mustafayev ölkədə azad iqtisadi zonanın yaradılması məsələsinə də toxunub: "Azad iqtisadi zonanın yaradılması istiqamətində işlər davam edir. Artıq "Azad iqtisadi zona haqqında" qanun layihəsi, texniki iqtisadi əsaslandırma, baş plan hazırdır. Prezident İlham Əliyev tərəfindən sənədlərin ekspertizası ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiya qanunun yekun variantını ölkə başçısına təqdim etməlidir. Bu işlər qısa müddətdə başa çatacaq və sahibkarlar bu imkanlardan yararlana biləcək. Azərbaycanın tranzit imkanları ölkənin gəlirlərinin artmasında böyük rol oynayacaq".
© APA
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 16 d. əvvəl
-
- 31 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
























