Bakıda fərqli etiraz - Dövlət Xidməti yeni qaydalara əsasən əlavə sənədlər tələb edir
Bu gün “R-Group” şirkətinin 4 yük maşını Bakıda Heydər Əliyev prospektində yolu bağlayıb.
Marja xəbər verir ki, onlar yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər: Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”
Xatırladaq ki, səhər saatlarından bu səbəbdən Heydər Əliyev prospektində böyük tıxac yaranıb, bir neçə saat sonra yolu açmaq mümkün olub.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti bir müddət əvvəl bildirmişdi ki, “İcazə blankları”nın bölgüsü yeni qaydalara əsasən həyata keçirilib.
Xidmətin yaydığı məlumatda qeyd edilmişdi ki, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında bölgüsünün yeni mexanizmi müəyyən edilib. Məqsəd icazə blanklarının bölgüsü prosesində ictimai iştirakçılığın təmin edilməsi, şəffaf və ədalətli bölgü mühitinin yaradılmasıdır. Həmçinin beynəlxalq avtomobil daşımaları bazarına çıxışın tənzimlənməsində Azərbaycanın da qoşulduğu Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin icrasına nail olmaqdır. Eyni zamanda daha yüksək ekoloji və təhlükəsizlik standartlarına uyğun olan nəqliyyat vasitələrinin idxalının və daşımalarda istifadəsinin stimullaşdırılması da əsas hədəflərdəndir.
Yeni qaydaya əsasən daşıyıcılar çoxtərəfli illik icazə blankları almaq üçün avtonəqliyyat vasitələrinin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərin surətini, ekoloji sertifikatın surətini və avtomobili idarə edəcək sürücülərin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasını təsdiq edən sənədi təqdim etməlidirlər.
Dekabr ayı üzrə aparılan təhlillərə əsasən, 15 şirkətin həmin sənədləri tam şəkildə təqdim etdiyi müəyyən olunub. Təqdim edilən sənədlər əsasında bölgü həyata keçirilib. Növbəti mərhələdə müvafiq sənədləri təqdim edəcək digər daşıyıcıların müraciətlərinə baxılacaq.
Qeyd edək ki, “İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
12 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)














