Ötən il Manatın real effektiv məzənnəsi 12.4% bahalaşıb
Manatın real effektiv məzənnəsinin bahalaşması qeyri neft-qaz sektorunun rəqabət qabiliyyətinə mənfi təsir göstərən amillərdəndir.2021-ci il ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, Rusiya rubluna, funt-sterlinqə və Yaponiya yeninə qarşı bahalaşmış, İsveçrə frankına, Ukrayna qrivnasına və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.
Marja xəbər verir ki, bu, Marja Mərkəzi Bankın 2021-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
İcmalda qeyd edilib ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 12.1%, real effektiv məzənnəsi isə 12.4% bahalaşmışdır.
Qeyd edilib ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 22.4% ucuzlaşmışdır. 2020-ci ilin sonunda, 2014-cü ilin sonu ilə müqayisədə REM 30.9% ucuz idi.
Real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır. Manatın real effektiv məzənnəsinin bahalaşması iqtisadiyyatın rəqabət qabiliyyətinə, ixraca mənfi təsir edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























