Restoranlar şəbəkəsi illik 711 milyon dollara qədər zərər gözləyir
Ən böyük və məşhur Çin restoran şəbəkələrindən biri olan Haidilao, keçən ilin yekunları üzrə 711 milyon dollara qədər zərər gözləyir.
Marja xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi Honq-Konq birjasında dərc edilmiş məlumatında deyilir.
“İl ərzində 3,8-4,5 milyard yuan (600-711 milyard dollar) xalis zərərin qeydə alınacağı gözlənilir”, - deyə məlumatda bildirilir. 2020-ci ildə restoranlar şəbəkəsi operatoru 309,5 milyon yuan (49 milyon dollar) mənfəət əldə etmişdi.
Keçən ilin noyabr ayında Haidilao Group, biznesin yenidən təşkilinin bir hissəsi olaraq, aşağı davamiyyət və zəif əməliyyat performansı olan 300 müəssisəsini müvəqqəti bağlamaq qərarını açıqlayıb. Onların fəaliyyətinin iki il ərzində “uyğun vaxtda” bərpa ediləcəyi planlaşdırılır.
1994-cü ildə orta məktəbi bitirməyən keçmiş traktor zavodunun qaynaqçısı Zhang Yong tərəfindən yaradılmış ədviyyatlı Szechuan restoranının hazırda Çinin demək olar ki, bütün əyalətlərində, eləcə də Sinqapur, Yaponiya, ABŞ, Böyük Britaniya, Malayziya, Vyetnam, İndoneziya və Avstraliyada 1600-ə yaxın filialı var. Haidilao ənənəvi Çin samovarında “hoqo” (“yanan qazan”) bişirmə üzrə ixtisaslaşıb. Bu, müştəriyə birbaşa masa arxasında aşpaz kimi çıxış etmək və prosesdən həzz almaq imkanı verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)




