Azərbaycanda 4 bankda mobil bankçılıq xidməti yoxdur
Azərbaycanda da müasir dövrün əsas çağırışlarından olan rəqəmsal bankçılığın inkişafı üzrə müsbət trend formalaşmışdır.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 01.01.2022-ci il tarixinə ölkədə fəaliyyət göstərən 26 bankdan 24-ü tərəfindən internet bankçılıq, 22-si tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur.
Hesabat dövründə rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır. Belə ki, 2021-ci il ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 76 mln. ədəd, həcmi isə 224.5 mlrd. manat təşkil etmişdir. Aparılan köçürmələrin say üzrə 80%-i (60.4 mln. ədəd), həcm üzrə isə 73%-i (163.1 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılmışdır. 2021-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2020-ci il ilə müqayisədə 63% artaraq 142 mlrd. manat olmuşdur.
2021-ci il ərzində Mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2020-ci il ilə müqayisədə 2.8 dəfə artaraq 3.9 mlrd. manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
39 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub




















