Lionel Messi 30 milyon avroya otel alıb
Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi dördulduzlu otel alıb.
“Ekspansyon” nəşrinin verdiyi məlumata görə, dəyəri 30 milyon avro təşkil edən mehmanxana Kataloniyanın paytaxtından 40 km məsafədə olan Sitjes bələdiyyəsində yerləşir.
2013-cü ildə inşa edilən oteldə 77 nömrə var. Bar, hovuz və spa mərkəzi ilə təhciz edilən mehmanxanada gecələməyin qiyməti 250 - 300 avro aralığındadır.
Qeyd edək ki, Lionel Messi "Forbes" jurnalının 2017-ci il üçün açıqladığı dünyanın ən yüksək ödənişli futbolçularının siyahısında 2-ci yerdə qərarlaşıb. Argentinalı forvard ildə 80 milyon dollar qazanır. Bunun 53 milyon dolları klubunda əmək haqqı və bonuslardandır. İlk sırada isə gəlirləri 93 milyon dollar təşkil edən portuqaliyalı Kriştianu Ronaldudur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 16 d. əvvəl
- 27 d. əvvəl
-
-
33 d. əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 2 saat əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
2 saat əvvəl
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görülüb
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Ən çox oxunanlar
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"BakıKart": Aprelin 6-dan vəsaitlərin silinməsinə başlanılacaq, məhdudiyyətlər aradan qaldırılacaqdır
Azərbaycanda Vakansiyalar - Azvak.az




















