Azərbaycanın dövlət borcu açıqlandı
01 yanvar 2022-ci il tarixinə Azərbaycanın cəmi xarici və daxili dövlət bocu 17 milyard manata yaxındır.01 yanvar 2022-ci il tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 7 milyard 393.4 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 135.7 milyon ABŞ dolları (13 milyard 830.7 milyon manat) və ya ÜDM-in 14,9 faizini təşkil etmişdir.
Maliyyə Nazirliyindən Marja-ya verilən məlumata görə, Ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalmışdır.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir.
01 yanvar 2022-ci il tarixinə birbaşa daxili dövlət borcu 2 milyard 507,1 milyon manat və ya ÜDM-in 2,7 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 561,3 milyon manat və ya ÜDM-in 0,6 faizini təşkil etməklə, daxili dövlət borcu 3 milyard 068.4 milyon manat və ya ÜDM-in 3,3 faizini təşkil etmişdir.
Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1 milyard 126.1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0.6% faiz bəndi artmışdır. Bu artıma təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borclanmaların tədricən daxili borclanmalar ilə əvəzlənməsi və yerli dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə şərtlənmişdir.
01 yanvar 2022-ci il tarixinə Azərbaycanın xarici və daxili dövlət bocu 16 milyard 899.1 milyon manatdır. 2022-ci il yanvar ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 10 milyon 156 min 366 nəfər təşkil edib. Beləliklə, hər bir ölkə sakininə 1664 manat borc düşür.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
-
10 d. əvvəl
Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır
- 12 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycanda bu ilin sonuna qədər kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
- 21 d. əvvəl
-
26 d. əvvəl
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
-
37 d. əvvəl
Bank yeni Baş Ofisini təqdim edib - 1100-dən çox əməkdaş üçün nəzərdə tutulub
-
1 saat əvvəl
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
Ən çox oxunanlar
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edildi
Rəsmi məzənnələr açıqlandı
“Crunch” Ağ Şəhərdə filialını açır
Dollarda son bir ilin ən böyük aylıq bahalaşması
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?

























