Xüsusi qayğıya ehtiyacı olan insanlarla necə ünsiyyət qurmalıyıq?
(®) Bəzən cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla necə ünsiyyət qurmağı, onlara qarşı necə rəftar edəcəyimizi bilmirik, və bəzi hallarda çətinlik bələ çəkirik. Sözügedən mövzu ilə bağlı bəzi məlumatları oxucularla paylaşmaq istərdik.
Müasir dünyada əlillik artıq tibbi deyil, sosial termindir və xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətdə tam iştirak etmək üçün hansı maneələr və məhdudiyyətlərlə üzləşdiyini göstərir. Xüsusi qayğıya ehtiyacı olan insanlar dedikdə cəmiyyətimizin bəzi fiziki və əqli məhdudiyyəti olan üzvləri, eləcə də Autizm spektr pozuntulu, Daun sindromlu və s. insanlar nəzərdə tutulur.
Xüsusi qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurmaq qorxusu əsasən onlar haqqında məlumatsızlıq və təcrübəsizlikdən irəli gəlir. Belə ki, insanlar uzun müddət cəmiyyətdən təcrid olunduqları üçün bir çoxları sadəcə onlarla necə ünsiyyət quracağını bilmir. Yanlış davranmaq və ya incitməkdən qorxan bəziləri sadəcə kənara çəkilməyi və ünsiyyət saxlamamağı üstün tuturlar.
Xoşbəxtlikdən, bu gün xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək göstərmək və onların hüquqlarını qorumaq üçün fəaliyyət göstərən ixtisaslaşmış qurum və təşkilatlar var, müxtəlif resurslar mövcuddur və mütəxəssislər öz biliklərini bölüşməyə və xüsusi insanlarla necə ünsiyyət qurmağı təklif etməyə hazırdırlar. Xüsusilə birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa qayğısı və Heydər Əliyev Fondunun davamlı dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan insanların problemləri daim diqqət mərkəzindədir.
Xüsusi qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurmaq üçün peşəkarların bəzi məsləhətlərini nəzərinizə çatdırmaq istərdik:
- İlk növbədə ünsiyyət qurarkən “öncə insan” (People-first) prinsipinə riayət etmək lazımdır, yəni birinci insanın özü haqqında söhbət etmək və yalnız bundan sonra onun xüsusiyyətləri haqqında danışmaq məqsədəuyğundur;
- Əlilliyi olan insanlarla görüşən zaman onların da əlini sıxmaq yerinə düşər;
- Heç vaxt xüsusi ehtiyacı olan insanlara yazıqlıq hissi ilə yanaşmaq olmaz, onlar cəmiyyətimizin bir parçasıdır;
- Əgər sizə yardım üçün birbaşa müraciət edilməyibsə, dərhal kömək etməyə can atmayın. İlk növbədə köməyin lazım olub-olmamasını soruşun, cavab müsbət olarsa, necə kömək edə biləcəyinizi dəqiqləşdirin və təkrar sual verməkdən çəkinməyin;
- Qarşınızda görmə qüsuru olan insan varsa, ilk öncə özünüzü təqdim edin;
- Eşitmə qüsurlu bir insanla ünsiyyət quran zaman, qışqırmayın, diqqəti cəlb etmək üçün yumşaq jestlərdən istifadə edin və danışarkən ağzınızı əllərinizlə bağlamayın. Eşitmə cihazı səsi gücləndirir, lakin onu aydınlaşdıra bilmir;
- Xüsusi qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurarkən səbirli və diqqətli olun, onların sözünü kəsməyin, icazə verin fikirlərini tam ifadə edib bitirsinlər. Başa düşmədiyiniz tədqirdə yenidən soruşmanız daha yaxşıdır, nəinki yalandan başa düşdüyünüzü iddia etmək.
Tolerantlıq və hər kəslə bərabər davranmaq bacarığı uşaqlıqdan formalaşır. Araşdırmalara görə, uşağın xüsusi qayğıya ehtiyacı olan yaşıdlarına münasibəti ətrafındakı böyüklərin onlara münasibətindən asılıdır. Valideynlər və müəllimlər tərəfindən xüsusi uşaqlarla dostluq etmək və onlara hörmət ilə yanaşmaq nümunə olmalıdır. Ancaq bu istiqamətdə işlər apararaq inklüziv cəmiyyətin qurulmasına nail ola bilərik, o cəmiyyət ki, bütün üzvlərin fərqli olmasına və bəzilərinin xüsusi ehtiyac və ya inkişaf qüsurları olduğuna baxmayaraq, onlara hörmət edən və onları qiymətləndirən bir cəmiyyət.
Ölkəmizin ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan PMD yüksək keyfiyyətli layihələr və xidmətlər icra etməklə yanaşı sosial məsuliyyət yönümlü layihələr çərçivəsində təhsil, ətraf-mühit, sosial-inklüzivlik və başqa vacib sahələrdə cəmiyyətimizin dayanıqlı inkişafına nail olmağı hədəfləyir.
Xüsusi qayğıya ehtiyacı olan fərdlərin sağlamlıqlarının təmin olunması, onların təhsil və iş mühitlərinə uyğunlaşması, bu məsələ ilə bağlı cəmiyyətimizi maarifləndirmək, inklüziv düşüncə və davranış tərzi yaratmaq və başqa qurumlarla əməkdaşlıq edərək bu məqsədlərə doğru birlikdə səy göstərmək məqsədi ilə şirkət 5 Mart 2022-ci il tarixində baş tutacaq “Fərqli Fərdlər” konqresinin Gümüş Sponsoru qismində çıxış edir, və bütün maraqlı olan şəxsləri bu konqresdə iştirak etməyə dəvət edir.
Qeydiyyat üçün aşağıdakı linkə keçid ala bilərsiniz:
Ferqli Ferdler - Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 4-cü Konqres
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
13 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi




















