Bank Salyanda yeni konseptdə filialını istifadəyə verdi
Anar Həsənov: "Strategiyamıza uyğun olaraq ölkədəki mikro, kiçik və orta sahibkarları maliyyə resursları və yeni bankçılıq həlləri ilə təmin etməyə çalışırıq".Xidmət şəbəkəsini genişləndirən Yelo Bank yeni konseptdə daha bir filialını müştərilərin istifadəsinə verib.
Bankın yaydığı məlumatda bildirilir ki, Salyan şəhərindəki yeni filial Nizami küç., 2E ünvanında yerləşir.
Müasir standartlara cavab verən Salyan filialı fiziki və hüquqi şəxslərə geniş çeşidli bank xidmətlərini təklif edir. Burada müştərilərin rahatlığı üçün hər bir detal nəzərə alınıb.
Yeni filialın açılışı ilə bağlı Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov qeyd edib ki, Bankın regional inkişafının hədəfi bank xidmətlərinin əlçatanlığını təmin edilməsinə və bankın müştəri bazasının genişləndirilməsinə yönəlib: "Strategiyamıza uyğun olaraq ölkədəki mikro, kiçik və orta sahibkarları maliyyə resursları və yeni bankçılıq həlləri ilə təmin etməyə çalışırıq. Salyanda da bu istiqamətdə geniş əməkdaşlıq potensialının olduğunu görürük. Yelo Bank-ın bu regiondakı fəaliyyətinin hər kəs üçün faydalı olacağından əminik. 2022-ci il ərzində yerli sahibkarlığın dayanıqlı və uğurlu inkişafı üçün Azərbaycanın digər bölgələrində də xidmət mərkəzlərini istifadəyə verməyi planlaşdırırıq.”
Qeyd edək ki, rebrendinqdən sonra Yelo Bank mövcud filiallarını fərqli konseptdə təmir etməklə bərabər, bir neçə yeni xidmət nöqtəsini də müştərilərin istifadəsinə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
- 4 d. əvvəl
- 5 d. əvvəl
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır







.jpg)








.jpg)



