Azər Türk Bank sahibkarlara müasir ödəniş qəbulu xidmətlərini təqdim edir
(®) Dövlət bankı Azər Türk Bankın hüquqi şəxs olan müştərilərinə və fərdi sahibkarlara kartlarla aparılan ödənişlərin qəbulu üçün müasir ekvayrinq xidmətlərini - E-POS virtual ödəniş qəbulu terminalı və POS/Smart Kassa qurğularını təklif edir.
Belə ki, E-POS xidməti sahibkar tərəfindən müştərilərinə təqdim etdiyi xidmət və ya məhsullar müqabilində kartlarla aparılan ödənişlərin onlayn qaydada qəbul edə biləcəyi unikal vasitədir və ənənəvi “Elektron ticarət” (E-commerce) xidmətinin sadələşdirilmiş bir növüdür. Onlayn satışı müxtəlif sosial şəbəkələr və digər kanallar üzərindən həyata keçirən sahibkarlara müştəri ödənişlərinin bu xidmət vasitəsilə qəbul etmək üçün internet saytın açılması tələb edilmir.
E-POS xidmətinə qoşulan sahibkar məhsul və xidmət əldə etmək istəyən müştərilərinə onlayn ödəniş üçün istənilən sayda link (keçid) yaratmaq imkanına malik olur. Alıcı, Bank tərəfindən SMS və ya e-mail vasitəsilə göndərilən linkə daxil olmaqla, istənilən bank kartı ilə ödəməni həyata keçirir. Bütün əməliyyatlar “3D Secure” protokolu ilə qorunur. Eləcə də sahibkar “ATB Business” vasitəsilə link üzrə bütün ödənişlərin statusuna nəzarət edə və hesabatlar yarada bilir, həmçinin CASHBACK əldə edir.
Azər Türk Bankın sahibkar müştərilərinə təklif etdiyi digər ekvayrinq məhsulu yeni nəsil POS / Smart Kassa qurğusudur. Qeyd olunan cihaz ənənəvi POS-Terminal funksiyası ilə yanaşı, smart kassa aparatı və bir çox əlavə imkanları özündə birləşdirir. Müasir “Android” platforması üzərində çalışan, “touchscreen” ilə təchiz edilmiş bu qurğular aşağıdakı imkanlara malikdir:
-Eyni cihazın həm fiskal onlayn kassa qurğusu, həm də POS-terminal olaraq istifadəsi
-Məhsul və xidmətlərin siyahısının əlavə edilməsi imkanı
-Smartfon, ağıllı saat və digər ödəniş alətləri ilə təmassız ödəniş imkanı
-Qurğunun müəssisədaxili uçot sistemi ilə birbaşa inteqrasiyası (“1C” və s.)
-Satış dövriyyəsi barədə hesabatların əldə edilməsi və s.
Qeyd olunmalıdır ki, Bank Smart Kassa xüsusiyyətlərini özündə daşıyan qurğuları müştərilərə əlavə ödəniş tələb edilmədən təqdim edir və müştəri yalnız POS-terminaldan istifadə üzrə komissiya haqqını ödəyir.
Bütün sahibkarlar heç bir ödəniş etmədən Azər Türk Bankda hesab açaraq, “ATB Bussines”də qeydiyyatdan keçməklə sözügedən xidmətlərdən faydalanmaq üçün müraciət edə bilərlər.
Daha ətraflı məlumatı https://atb.az saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000-945, yaxud 945 nömrəli Çağrı mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
28 d. əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
17 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 17 saat əvvəl
-
18 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
18 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb


















