Kiloqramı 23 min manata satılır
PULDAN PUL QAZANMAQ İSTƏRDİNİZMİ?
Dünya gül çiçəyi istehsalının 65%-ini qarşılayan Türkiyənin Sparta əyalətində kosmetika sektorunun ən önəmli xam maddələrindən biri olan gül yağı böyük zəhmətlə əldə edilir. Gül yağının kilosu təxminən 23 min manatdır. Bir kiloqram gül yağını əldə etmək üçün 1 milyon 400 min ədəd qızılgül çiçəyinin emal edilməsi lazımdır.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhərin erkən saatlarında gül bağçalarında toplanan güllər, kisələrə yığılaraq alış mərkəzlərinə aparılır. Çəkildikdən sonra 400 kiloqram gül çiçəyi 1.5 ton su dolu qazana tökülərək qapağı örtülür və buxar verilərək bişirilməyə başlanır.
Qaynama zamanı gül çiçəyində olan yağ kisəcikləri partlayır. Buxarlanaraq su ilə birlikdə borunun içindən keçərək soyuq şəraitlə rastlaşır. İntensivləşmə nəticəsində gül yağı parçalanmış bir şəkildə şüşə qabda toplanır.
Sonra kranlardan şüşələrə tökülərək yağ otağına aparılır. Burada filtirasiya prosedurundan keçirilərək gül yağı əldə edilir.
GÜL YAĞI KOSMETİKA SEKTORUNUN ƏN BAHALI XAMMALIDIR
"Gülbirlik"in Baş direktoru Hasan Çelik, gül yağı istehsalı ilə bağlı məlumatlar verib.
"Gül yağı ətir və kosmetika sənayenin ən bahalı və ən mühüm xam maddələrindən biridir. Bu zavodda 11 ədəd qazan var. Gündə 80 tondan çox gül emalı gücünə malikik.
Gül yağı ilə bərabər gül konkreti də istehsal edirik. Gül konkretin digər adı qatı gül yağıdır.
İsti halda axıcı olan konkret, soyudulandan sonra krem şəklini alır, gözəl iyinə görə ətir və kosmetik sektorunda istifadə edilir.
HAMISI İXRAC EDİLİR
Gül yağının kiloqramının qiyməti 12 min avro (təxminən 23 min manat) ikən, gül konkretinin kiloqramının qiymətinin 1350 avro olduğunu bildirən Polad, sözlərinə belə davam etdi:
“İstehsalın hamısı ixraca gedir. Bu cəhətdən də bölgə iqtisadiyyatına ciddi töhfə verir.
Təxminən 4 ton gül çiçəyindən 1 kiloqram gül yağı əldə edilərkən, 350 kiloqram gül çiçəyindən 1 kilo gül konkreti əldə edilir. Təxminən 1 milyon 400 min qızılgül çiçəyinin işlənməsindən bir kiloqram gül yağı əldə edilir.
Həqiqətən çox əziyyətli, alın təri, əmək istəyən bir işdir. İynəylə quyu qazmaq kimidir. Bu il 8 min ton məhsul gözləyirik. Bu gülün emalı nəticəsində 1500-1750 kiloqram gül yağı əldə ediləcəyi gözləntisindəyik.
Həmçinin təxminən 20 ton həcmində də qatı gül yağı istehsal olunacağını gözləyirik. Bunların hamısı ixraca gedir.
Gül yağını başda Avropa ölkələri olmaq üzrə ABŞ, Kanada, Yaponiya, Hindistan, Körfəz ölkələri kimi dünyanın dörd bir yanına ixrac edirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
10 d. əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
12 d. əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 17 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR



















