"Rusiya qazının dəyərinin rublla ödənilməsi sanksiyaların pozulması olacaq"
Marja xəbər verir ki, Bundestaqın (Almaniya Federal Məclisi) iqlim və enerji komitəsinin rəhbəri Klaus Ernst bildirib ki, Almaniya Rusiya qazının dəyərini rublla ödəyə bilər, amma bunun üçün Rusiya Mərkəzi Bankına qarşı tətbiq edilən sanksiyaları pozmalı olacaq.
“Bəli, ola bilərdi, amma Almaniya Rusiya Mərkəzi Bankından rubl almalı və bununla da öz sanksiyalarını pozmalı olacaq. Ödənişin rublla aparılması öhdəliyi, yəqin ki, qaz tədarükü müqavilələrinin də pozulması olacaq”, - Ernst bildirib.
Siyasətçi qeyd edib ki, Rusiyanın xaricdəki aktivlərinin dondurulmasını da Rusiya ilə müqavilələrin pozulması kimi qiymətləndirmək olar. “Problem ondadır ki, Rusiyadan enerji tədarükünün dayandırılması ilə bağlı müzakirələr yenidən alovlanır”, - deyə Ernst bildirib.
Martın 23-də Rusiya prezidenti Vladimir Putin qeyri-dost ölkələr siyahısına daxil edilmiş ölkələrə satılan təbii qaz üçün ödənişlərinin rubl ilə qəbul ediləcəyini açıqlayıb.
“Bizim Avropa İttifaqına, ABŞ-a göndərməyimiz mallara görə ödənişi dollar, avro və bir sıra digər valyutalarda qəbul etməyimizin mənası yoxdur. Ona görə də mən ən qısa müddətdə ödənişlərin rubla keçirilməsi üçün tədbirlər kompleksini həyata keçirməyə qərar verdim - gəlin buradan başlayaq, təbii qazımızdan - dost olmayan ölkələrə verilən təbii qazımıza görə ödənişləri Rusiya rublu ilə qəbul edək”, - Putin bildirib.
"Zukunft Gas" sənaye assosiasiyasının rəhbəri Timm Köhler bildirib ki, Putinin qaz ödənişlərini rubl ilə qəbul etmək qərarı Almaniyanın qaz sənayesini qarışıqlığa sürükləyib.
“Biz böyük çaşqınlıqla Rusiyanın qazın pulunu yalnız rublla qəbul etmək istədiyi mesajını aldıq. Bunun qaz ticarəti üçün hansı konkret nəticələrə gətirib çıxaracağını hələlik proqnozlaşdıra bilmərik”, - Koehler bildirib.
Almaniya İqtisadiyyat və İqlim Nazirliyinin rəhbəri, Almaniyanın vitse-kansleri Robert Habek jurnalistlərə bildirib ki, qaz ödənişlərində rubla keçid Rusiya ilə mövcud müqavilələrin pozulması olacaq.
"Rublda ödənişlər barədə bəyanat müqavilələrin pozulmasıdır", - Khabek deyib. O vurğulayıb ki, bu yolla Rusiya etibarlı enerji təchizatçısı olmadığını nümayiş etdirir. Nazir Avropa İttifaqındakı tərəfdaşları ilə mövcud vəziyyəti və ona necə cavab verməyi müzakirə etmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
18 d. əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
-
25 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
19 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib






















