Aydın Əliyev: "Sınıq Körpü" təkmilləşdiriləcək"
Gürcüstan və Azərbaycan Avropa İttifaqının dəstəyi ilə "Sınıq Körpü" gömrük keçid məntəqəsinin təkmilləşdirilməsi üzərində işləyir. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev "Sputnik Georgia" agentliyinə müsahibəsində bildirib.
A.Əliyev qeyd edib ki, Avropa İttifaqı Gürcüstan ərazisində fitosanitar, baytarlıq və digər nəzarət tədbirləri üçün nəzərdə tutulmuş laboratoriyanın yaradılmasına dəstək verəcək.
DGK sədri əlavə edib ki, Azərbaycan ərazisində isə iri logistika mərkəzinin yaradılması planlaşdırılır: "Bu tədbirlər də Avropa İttifaqının dəstəyi, lakin Azərbaycan tərəfinin maliyyə imkanları nəzərə alınmaqla həyata keçiriləcək".
Qurum rəhbərinin sözlərinə görə, layihənin icrasına cari ilin mart ayından etibarən başlanılıb və ilin sonunda başa çatdırılacaq.
Azərbaycan tərəfi layihəyə 1,3 mln. dollar yatıracaq.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
38 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 41 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























