Rubl daha da bahalaşdı
Dollar fevralın 23-dən bəri ilk dəfə olaraq 81 rubldan aşağı düşüb.Moskva birjasında valyuta hərraclarının açılışında dolların məzənnəsi 3,45% azalaraq 80,33 rubla, avronun məzənnəsi 0,5% azalaraq 92,03 rubla düşüb. Dolların məzənnəsi sonuncu dəfə fevralın 23-də 81 rubldan aşağı olmuşdu.
Marja xəbər verir ki, Moskva birja indeksinin 0,41%, RTS indeksi isə 0,64% artımı ilə açılıb.
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Rusiya qazı üçün dost olmayan ölkələrlə rublla hesablaşmaların yeni proseduru haqqında fərman imzalayıb. Fərmana görə qaz almaq üçün Rusiya banklarında hesablar açmalıdırlar, prosedur aprelin 1-dən qüvvəyə minəcək.
Putin deyib: "Əgər dost olmayan ölkələr aprelin 1-dən rublla ödəniş etməsələr, biz bunu qaz müqavilələri üzrə öhdəlikləri yerinə yetirməmək kimi qiymətləndirəcəyik, bu halda mövcud müqavilələr ləğv ediləcək".
Fərmana əsasən, Putinin qeyri-dost ölkələrə nəqlinə görə qazın rublla ödənilməsi haqqında fərmanı yalnız "Qazprom"un boru kəmərləri ilə nəqlə şamil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 33 d. əvvəl
-
34 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
-
1 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
14 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
14 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
14 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
15 tələbə Azercell-dən təqaüd qazandı
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Ən çox oxunanlar
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın




















