“Araz Vadisi İqtisadi Zonası”nda gömrük anbarlarının yaradılması müzakirə edilib
Aprelin 22-də İqisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması mövzusunda videoformat şəkilində görüş keçirilib.
Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İctimai Birliyinin rəsmi nümayəndələri ilə yanaşı, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən FedEx, DHL, UPS, TNT, ASE Forwarding şirkətlərinin Azərbaycandakı təmsilçiləri də iştirak ediblər.
Tədbirdə logistik imkanlar baxımından əlverişli mövqedə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında məlumat verilib və yaxın vaxtlarda sənaye parkında gömrük anbarlarının açılması məsələlərinə dair müzakirələr aparılıb.
Sonda görüşdə iştirak edən təşkilatlar və şirkətlər arasında birgə İşçi Qrupunun yaradılması və fəaliyyət planının hazırlanmasına dair qərarlar qəbul edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
1 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 12 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























