Bank Respublika-nın 1-ci rübdəki göstəriciləri ötənilki nəticələrini üstələyib!
Bu il 30-cu ildönümünü qeyd edən Bank Respublika, 2022-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.
“1 aprel 2022-ci il tarixinə bankın aktivləri 1,25 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 14% artaraq 99,4 milyon manat olmuş və minimum məcmu kapital normasını təqribən 2 dəfə üstələmişdir.
“2021-ci ilin birinci rübü illə müqayisədə 2022-ci ilin 1-ci rübündə Bankın xalis faiz mənfəəti 62% artaraq 18,4 milyon manata, xalis əməliyyat mənfəəti 3 dəfə artaraq 5,7 milyon manata, xalis mənfəəti isə 6,04 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.
Hesabata əsasən, ötən illə müqayisədə Bankın kredit portfeli 60,4% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Diqqət çəkən məqamlardan biri də odur ki, keçən ilin sonu ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 0,8% təşkil etmişdir. Martın sonuna bankın depozit portfeli 774,9 milyon manat təşkil edib ki, bu da müştərilərin banka olan yüksək inamını və loyallığını bir daha təsdiqləyir.
Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,29%, məcmu kapitalın adekvatlıq əmsalı isə 11,83% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,7 dəfə və 1,2 dəfə çoxdur.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 22 d. əvvəl
-
31 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
35 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
53 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)








.jpg)



