Şirkət “Saatlı filialı”nda işə qəbul olmaq istəyənlər üçün tədbir keçirəcək - VAKANSİYALAR
"MKT İK MMC" Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə şirkətin "Saatlı filialı”nda "Açıq Qapı" günü keçirəcək.(®) 7 may 2022-ci il tarixdə saat 10:00-17:00 aralığında Saatlı rayonu Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə müxtəlif vakansiyalar üzrə işə qəbul aparılacaqdır.
“MKT İK” MMC-nin “Saatlı filialı”nda işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Saatlı Mədəniyyət Mərkəzinə yaxınlaşa bilərlər. İşə qəbul aşağıdakı vaknsiyalar üzrə aparılacaqdır:
- Mühasibatlıq
- İnsan resursları
- Kargüzarlıq
- Fəhlə (müxtəlif sahələr üzrə)
- Aqronom
- Elektrik
- Energetik
- Mexanik
- Çilingər
- Traktorçu
- Laborant
- Anbardar
- Gözətçi
“Açıq qapı” gününə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Tədbirdə iştirak etməklə siz şirkətimiz və işə qəbul prosesimiz haqqında ətraflı məlumat əldə edə bilər və müvafiq vakansiyalara müraciət edə bilərsiniz.
"MKT İstehsalat Kommersiya" MMC 25 ildən çoxdur ki, ölkəmizdə pambıq və pambıq məhsulları istehsalı və ixracını həyata keçirir.
2022-ci ilin Yanvar, Fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisədə işçi sayı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Cari ilin Yanvar-Sentyabr aylarında ixrac liderliyini əlində saxlayan şirkətimizin komandasına qoşulmaq üçün tələsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























