Güzəştli kreditlər verən Fond zərərdən mənfəətə keçib
Yerli biznesi güzəştli kreditlər ilə maliyyələşdirən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu 2021-ci ili 17 milyon 683 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Fond 2020-ci ili 32 milyon 229 min manat xalis zərər ilə bağlamışdı.
Ötən ilin mənfəəti ilə əlaqədar olaraq Fondun yığılmış zərəri 193 milyon 469 min manatdan 175 milyon 786 min manata düşüb.
Marja.az Fondun maliyyə hesabatlarına istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondunun faiz gəlirləri 2020-ci ildə 9 milyon 416 min manat ikən, 2021-ci ildə 11 milyon 657 min manat təşkil edib (2 milyon 241 min manat və ya 23,8% artıb). Digər əməliyyat gəlirləri isə 690 min manatdan 2 milyon 482 min manata yüksəlib.
Ötən il Sahibkarlığın İnkişafı Fondunun cəmi əməliyyat gəlirləri 14 milyon 139 min manat təşkil edib (2020-ci ildə 10 milyon 106 min manat). Eyni zamanda ehtimal olunan kredit zərərlərinə görə yaradılan ehtiyatdan azad olmuş 10 milyon 435 min manat gəlirlərə əlavə edilib. Qeyd edək ki, Fond 2020-ci ildə ehtiyata 37 milyon 102 min manat ayırdığından həmən ili zərər ilə bağlamışdı.
Ötən il Fond 24 milyon 574 min manat cəmi gəlirlərə qarşı, 6 milyon 891 min manat xərc çəkib. Beləliklə, Fond ötən ili 17 milyon 683 min manat xalis mənfəət ilə bağlayıb.
31 Dekabr 2021-ci il tarixində Fond tərəfindən kredit təşkilatlarına verilmiş kreditlər 716 milyon 396 min manat təşkil edib. Bu məbləğ 2020-ci ilin sonunda 735 milyon 813 min manat idi.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
44 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























