"Smart Electronics" İnşaatçılar filialını yenilədi - FOTOLAR
28 may tarixində daha böyük “Hövsan Meqa Smart Stor” açılacaq.(®) Paytaxtda fəaliyyət göstərən 6 filial şəbəkəsində sərfəli qiymət və kampaniyaları ilə alıcıların böyük rəğbətini qazanan elektronika məhsulları satış şəbəkəsi "Smart Electronics" yenilənən İnşaatçılar filialının açılış mərasimini həyata keçirib.
Bakı sakinlərinə daha rahat xidmət göstərmək və daha geniş məhsul çeşidi təqdim etmək üçün genişləndirilən yeni İnşaatçılar filialı Abbas Mirzə Şərifzadə küçəsi 162 ünvanında fəaliyyətə başlayıb.
14 may tarixində baş tutan açılış böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri açılış iştirakçılarına yeni mağazasını, geniş məhsul çeşidlərini, yeni rəsmi partnyorlarını və mağaza konseptini, həmçinin şirkətin onlayn satış platforması olan www.smartelectronics.az saytında edilən dəyişiklikləri təqdim ediblər.
Açılışda iştirak edən qonaqlar açılışa özəl endirimli və hədiyyəli kampaniyalardan yararlanıb, “Şans Çarxı” və viktorinalarda iştirak etməklə 100-dən çox pulsuz məhsul qazanıb.
Artıq altı ildir elektronika bazarında böyüməkdə olan "Smart Electronics" açılışa özəl kampaniyada 31 mayadək bütün smartfon və planşetlərə 18 ay, digər bütün noutbuk, məişət əşyaları, aksessuarlar və 100-lərlə müxtəlif məhsula 24 ay müddətinə faizsiz və komissiyasız daxili hissə-hissə ödəniş imkanı yaradır.
"Smart Electronics" həmçinin nağd alışlarda hədiyyələr, Kartmane və Yelokartla ödəmələrdə 2 %, Umico ilə alış verişdə 7 % - dək keşbək və Azal Club milləri təklif edir.
Açılışda iştirak edən Şirkət rəhbərliyi bildirib ki, İnşaatçılarda daha geniş filialın açılması müştərilərin görmək istədikləri bütün brendləri bir arada toplamaq məqsədi güdür və tezliklə - 28 may tarixində açılacaq daha böyük “Hövsan Meqa Smart Stor”unda da müştərilərin istədiyi yeni məhsul çeşidllərinin təqdimatı keçiriləcək.
Qeyd edək ki, "Smart Electronics" təkcə keyfiyyətli məhsullarla deyil, həmçinin müştəri məmnuniyətini əsas götürən konsultasiya imkanları ilə də fərqlənirlər. Belə ki, alıcılar *2999 nömrəsi ilə əlaqə saxlayaraq və ya şirkətin rəsmi veb səhihəsi olan www.smartelectronics.az saytına daxil olaraq bəyəndikləri məhsullar barədə ətraflı məlumat ala, onların ehtiyaclarına cavab verən ən doğru məhsulu seçməkdə mütəxəssis köməyindən yararlana bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 d. əvvəl
-
6 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
29 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
-
49 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
2 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Son Xəbərlər
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
Ən çox oxunanlar
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az

























