Azərbaycanın mineral suyu Ərəb Əmirliklərində yaxşı alınıb - YENİDƏN İSTƏDİLƏR
Azərbaycanın ən səfalı və füsunkar guşələrindən olan Gədəbəy təbiəti ilə yanaşı, bulaqları ilə də məşhurdur. Dünyada içməli su ilə bağlı qlobal problemin yaşandığı bir dövrdə Gədəbəydə kifayət qədər içməli su ehtiyatı var.
Bu suların insan orqanizmi üçün çox yararlı olduğunu bilən iş adamı İlham Əliyev rayonun Slavyanka kəndi ərazisində müəssisə qurmağa qərar verəndə təsəvvür belə etməzdi ki, müəssisənin inşası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınacaq. Bu, azmış kimi, 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 896 min manat güzəştli kredit ayrıldı. Nəticədə dağlar qoynunda ən müasir standartlara uyğun müəssisə yaradıldı. Burada istehsal edilən sular keyfiyyəti hesabına qısa vaxt ərzində bütün ölkəyə yayıldı. İndi elə bir bölgə yoxdur ki, bu sudan istifadə etməsin. Məhsulun alıcılıq qabiliyyəti yüksəldiyindən qısa vaxt ərzində götürülmüş güzəştli kredit vaxtından qabaq ödənildi. Bu da müəssisənin öz fəaliyyətini genişləndirməsi üçün yeni imkanlar açdı.
“Gədəbəy mineral suları” MMC-nin icraçı direktoru Fərqan İbrahimovla söhbət zamanı öyrəndik ki, hazırda burada 60 nəfərə yaxın işçi çalışır və onların hamısı yerli sakinlərdir. Öz işlərini yaxşı bilən bu insanlar müəyyənləşdirilmiş qaydalara ciddi əməl edirlər. Əsasən 7 mənbədən su götürülür. Bu su birbaşa qablaşdırılmır. Onun qablaşdırılması uzun prosesdən keçir. Belə ki, borular vasitəsilə gətirilən bulaq suları durulduqdan sonra ozonlaşdırılır, kömür, qum, mexaniki filtrdən, həmçinin ultrabənövşəyi şüadan keçirilir və qablaşdırılmaya yararlı vəziyyətə gətirilərək anbara yığılır. Bu texnologiyanın tətbiqinin əsas məqsədi bulaq suyunun səciyyəvi xassələrinin saxlanılmasıdır. Laboratoriya analizləri, mənbənin və istehsala hazır suyun keyfiyyətinə nəzarət ciddi şəkildə həyata keçirilməklə bütün qeydlər arxivləşdirilir. Taranın hazırlanmasından tutmuş qablaşdırmaya qədər bütütn proseslər əl dəymədən həyata keçirilir.
Müəssisənin bütün avadanlıqları Almaniyadan, Fransadan, İtaliyadan və Türkiyədən gətirilib. Hər gün işə başlamazdan əvvəl xətlər təmizlənir. Belə ki, əvvəlcə ana xəttə yüksək təzyiqlə soyuq, sonra qaynar və yenidən soyuq su vurulur. Bundan sonra qablaşdırılacaq bulaq suyu axın xəttinə göndərilir. Qablaşdırmadan əvvəl ondan nümunə götürülərək laboratoriyada mikrobioloji müayinə aparılır. Laboratoriyadan rəy alındıqdan sonra qablaşdırmaya başlanılır. Proses zamanı iki nəfər su axın xəttinə nəzarət edir ki, təsadüfən yad cisimlər suya düşməsin. Bundan sonra suyun mənşəyi barədə etiket yapışdırılır və yararlıq müddəti göstərilir.
Hazırda müəssisədə 0,5-dən 1,5 litrədək qazlı və qazsız, həmçinin 5, 8 və 15 litrlik “Slavyanka” etiketli qazsız su istehsal olunur. Keçən il burada daha bir istehsalat sahəsi - limonad sexi istifadəyə verilmişdir. Burada istehsal olunan “Tərxun”, “Armud” və “Üzüm” limonadları ilk gündən rəğbətlə qarşılanmışdır. Sexin istifadəyə verilməsi nəticəsində daha 20 nəfər yerli sakin işlə təmin olunmuşdur.
Qeyd edək ki, müəssisə yaradılarkən perspektiv üçün qəbul edilmiş strateji plan uğurla həyata keçirilir. Həmin plana uyğun olaraq müəssisənin istehsal gücü artırılmış, xarici bazarlara çıxış təmin edilmiş, eləcə də yeni məhsul növlərinin istehsalına başlanılmışdır. İndi Gədəbəyin “Slavyanka” süfrə suyu nəinki ölkə daxilində, eləcə də xaricdə özünə böyük nüfuz qazanmışdır. Heç təsadüfi deyil ki, bu suya Rusiya Federasiyasında böyük maraq göstərirlər. Hazırda orada müəssisənin firma mağazası fəaliyyət göstərir. Ümumiyyətlə, müəssisənin istehsal etdiyi məhsullar ekoloji cəhətdən saf və təmiz olduğu üçün xarici ölkələrdə onlara böyük maraq var. Bu işi canlandırmaq üçün bir çox ölkələrlə danışıqlar aparılr. Keçən il Birləşmiş Ərəb Əmirliklərinə göndərilən Gədəbəy süfrə suları yaxşı alındığından təkrar müqavilə üçün müraciət edilmişdir. Bundan başqa, Qazaxıstan, İraq və Bəhreynlə müqavilələr bağlanmışdır.
Müəssisə yaxın vaxtlarda daha bir neçə xarici bazara çıxış əldə edəcək. Orta Asiya respublikalarında, bir neçə ərəb ölkəsində Gədəbəy mineral sularının satışı təşkil ediləcək. Gələcəkdə satış üçün həm də bioorqanik və ekoloji təmiz məhsullar istehsal etməyi planlaşdıran şirkət yaxın vaxtlarda innovasiyalar tətbiq etməklə istehsalın həcmini genişləndirməyi nəzərdə tutur.
Kollektiv bu gün istehsal etdiyi süfrə suları ilə bazarda söz sahibi olduğu üçün fəxr edir. Qazandığı hər bir uğuru isə dövlətin sahibkarlığın inkişafına və əlverişli biznes mühitinin yaradılmasına göstərdiyi diqqət və qayğı kimi dəyərləndirir.
“Azərbaycan”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
21 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
35 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
























