Cəlilabaddan Rusiyaya daşınır - "Əsasən Rusiya bazarına ixrac edirik"
Cəlilabadda açıq sahələrdə kartof yığımı davam edir. Bu günədək istehsal olunan məhsulun 30 min tonu Rusiya bazarlarına daşınıb.
Aprelin 25-dən açıq sahələrdə yığım davam edir. Şaxtalı, yağışlı keçən builki qış-yaz fəsli məhsulun əsas vegetasiya dövrünə də təsirsiz ötüşməyib. Lakin buna baxmayaraq, torpaqla nəfəs alan zəhmət adamlarının ciddi səyi nəticəsində aparılan yüksək aqrotexniki qulluq sahələrdə bolluq yaradıb.
Fermer Bəxtiyar Hüseynov bu il 3 hektar sahədə kartof əkib. Deyir ki, yaxşı məhsuldarlıq əldə edib: “Əkdiyim kartof 20 tona yaxın məhsul verir. Bütün qulluğu vaxtında aparmışıq, lazımi tədbirləri görmüşük. Xarici bazara, xüsusən Rusiyaya, eləcə də daxili bazarlara məhsul göndəririk”.
Sahələrdə məhsul boldur, tələbat da çoxdur. Lakin son günlər xaricə yükdaşımalarda yaranan sıxlıq təsərrüfatçılar üçün narahatlıq yaradır. Fermer Vahid Ağayev də uzun illərdir kartof əkir. Hazırda yetişən məhsul torpaqdan çıxarılır, məhsuldarlıqdan da razıdır: “Yığım hava şəraitinə görə gecikir. İlk günlərdə kiloqramını yaxşı qiymətə - 1 manata sadıq. Hazırda isə qiymət 60 qəpikdir. Yerli bazara da satırıq. Amma əsasən Rusiya bazarına ixrac edirik. Düzdür, yük aparanda çətinlik çəkirik, yollarda gecikmələr olur. Bu işdə kömək göstərilsə məhsulumuzu daha asanlıqla xaricə göndərərik”.
Qeyd edək ki, rayon üzrə 5450 hektar sahədə kartof əkilib. Bu günədək 2 min hektar sahədə yığım başa çatıb. Tədarük edilən 50 min tona yaxın məhsulun 30 min tonu xaricə ixrac olunub.
© Azərtac
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























