Mugham Parfum İtaliyada sərgidə nümayiş olunub
Azərbaycanın "Mugham" brendinə məxsus ətir İtaliyada sərgidə nümayiş olunub. Azərbaycanın şanlı qələbəsi şərəfinə “Karabakh Bouquet-1752” parfümü istehsal olunur.(®) "Mugham" brendinə məxsus "Karabakh Bouquet-1752" ətiri beynəlxalq sərgidə nümayiş olunub.
Qafqaz ölkələri arasında ilk dəfə məhz Azərbaycan yerli ətir brendi ilə beynəlxalq sərgidə təmsil olunub. “Karabakh Bouquet - 1752” ətirinin nümayiş olunduğu İtaliyanın Milan şəhərində keçirilən “Esxence” beynəlxalq sərgisində həmçinin dünya miqyaslı ən mötəbər parfüm şirkətləri öz məhsullarını təqdim edib.
Azərbaycanın şanlı qələbəsi şərəfinə istehsal olunan “Karabakh Bouquet-1752” parfümünün sərgidə yer aldığı guşədə milli elementlərlə yanaşı, Qarabağ, xüsusən də Şuşaya aid atributlar, həmçinin qələbənin simvolu olan Xarıbülbül avropalı qonaqların diqqətini çəkib.
Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidlri də var.
“Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.
Sərgidən video görüntü ilə buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 50 d. əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
5 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb




















