Expressbank “Fintex Finance və Technology Summit 2022” maliyyə tədbirində mükafatla təltif edildi.
(®) 16-17 iyun tarixlərində “Azərbaycan Banklar Assosiasiyası”, “Azərbaycan Fintech Assosiasiyası” və “VISA” tərəfindən təşkil edilən “Fintex Finance və Technology Summit 2022” tədbiri təşkil edilmişdir.
“Bank və Maliyyə Ekosistemində Yeni Trendlər, İnnovativ Həllər, FinTech və Təhlükəsizlik” mövzusunda təşkil edilən tədbirdə bir çox yerli və beynəlxalq maliyyə qurumlarının rəhbərləri, menecerləri və müxtəlif səlahiyyətli əməkdaşları bir araya gələrək maliyyə və bank sektorunda baş verən ən son innovativ həlləri, təkmilləşdirilmiş maliyyə istiqamətləri, maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosistemlərində yeni və gələcək tendensiyalar sahəsində fikir və təcrübə mübadiləsi aparıblar.
Hər il keçirilən maliyyə-bank sahəsinə aid olan regionun ən əlamətdar “Fintex Finance və Technology Summit 2022” tədbirində “Expressbank” uğurlu əməkdaşlığına və dəstəyinə görə nominasiya ilə təltif edilmişdir.
“Expressbank” müasir dünyada baş verən texnoloji və innovativ yenilikləri operativ tətbiq edən, bu yenilikləri müştərilərinin ehtiyaclarına uyğunlaşdırmağı istiqamət seçən aparıcı banklardan biridir və bu sahədə daim inkişaf etməyə davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
4 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
5 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
5 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
21 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















