3 QSC zərər açıqladı
"Razenni" QSC, "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC və "El-Oba" QSC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıblar.
Marja xəbər verir ki, "Razenni" QSC 2021-ci ili 31 min manat xalis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 138 min manat xalis zərər ilə bağlamışdı. 2020-ci illə müqayisədə 2021-ci ildə "Razenni" QSC-nin gəlirləri 18% artaraq 194 min manat təşkil edib. 2020-ci ildə şirkətin gəlirləri 164 min manat olmuşdu.
"Razenni" QSC-nin hüquqi ünvanı Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli 13-dür. Şirkətin qanuni təmsilçisi Azər Mirzəyevdir.
"Tikinti-Təmir-Təchizat-Bərpa" QSC 2021-ci ili 217 min manat xalis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 600 min manat xalis mənfəət ilə bağlamışdı.
"Tikinti-Təmir-Təchizat-Bərpa"nın gəlirləri 2020-ci ildə 16 milyon 910 min manat ikən, 2021-ci ildə 1 milyon 267 min manat təşkil edib (13,4 dəfə azalıb)
"Tikinti-Təmir-Təchizat-Bərpa" QSC-nin hüquqi ünvanı Bakı, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 98, m 47-dir. Şirkətin qanuni təmsilçisi Elçin Əbilovdur.
"El-Oba" QSC 2021-ci il 339 min manat xalis zərər ilə yekunlaşdırıb. 2020-ci ildə şirkətin xalis zərəri 400 min manat təşkil etmişdi. 2020-ci illə müqayisədə 2021-ci ildə "El-Oba" QSC-nin satışdan gəlirləri 7 dəfədən çox artaraq 6 milyon 744 min manat təşkil edib. Şirkət 2020-ci ildə 925 min manat gəlir əldə etmişdi.
"El-Oba" QSC-nin hüquqi ünvanı Bakı, Binəqədi rayonu, Biləcəri, Yeni Yaşayış sahəsi ev6-dır. Şirkətin qanuni təmsilçisi Vüsal Niftiyevdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır













.jpg)






.jpg)






