Bank Respublika iş adamları üçün yeni “Business Plus” kartını təqdim etdi
(®) Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün bir çox üstünlüklərə malik yeni "Business Plus" – biznes kartını təqdim etdi.
“Business Plus” tam fərqli kartdır və sahiblərinə bir çox üstünlüklər təqdim edir:
-“Business Plus” kartından həm ödəniş kart kimi, həm də cari hesab kimi istifadə etmək olar;
-“Business Plus” kart hesabına eyni zamanda bir neçə əlavə kart bağlana bilər və bir neçə şəxs faydalana bilər. Eyni hesaba bağlı hər kart üçün fərqli əməliyyat limitləri tətbiq oluna bilər və ayrılıqda çıxarışlar verilə bilər.
-“Business Plus” kartında, vergi qanunverciliyinə uyğun nağdlaşdırma limiti (aylıq 15 000 AZN və ya 30 000 AZN) çərçivəsində kartda olan məbləği tam olaraq nağdlaşdırmaq olar;
-“Business Plus” kartında balansı artımaq üçün banka gəlməyə ehtiyac yoxdur, günün istənilən vaxtı ödəniş terminalları vasitəsilə kartın balansına pul əlavə etmək olar;
- “Business Plus” üzrə sms-xəbərdarlıq tamamilə pulsuzdur! Hər əməliyyatdan sonra kart haqqında həmin an məlumat ala bilərsiniz.
Bir çox üstünlükləri özündə birləşdirən “Business Plus” kartını, iş adamları AZN/USD/EUR valyutasında 3 il müddətinə əldə edə bilərlər.
“Business Plus”-ı seçin, hər zaman plyusda olun!
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
2 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
3 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
3 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
























