Bankirlər yenidən Xalid Əhədov və Cəlal Qasımovu seçdilər
20 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclasında Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında iştirakçı bankların nümayəndələrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Şuraya ABA tərəfindən üzvlər təyin edilmişdir.
Seçkidə 22 bank iştirak etmişdir.
Səsvermə nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov və “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yenidən üzv təyin olunmuşlardır.
Qeyd etmək lazımdır ki, iştirakçı bankların nümayəndələri onların yarısından çoxunun iştirakı ilə maliyyə bazarlarına nəzarət orqanın təşəbbüsü əsasında keçirilən yığıncaqda gizli səsvermə qaydasında iştirakçıların sadə səs çoxluğu ilə seçilir.
Himayəçilik Şurası Əmanətlərin Sığortalanması Fondunun ali idarəetmə orqanıdır. 7 nəfərdən ibarət olan Şuranın tərkibinə Mərkəzi Bankın 3, müvafiq icra hakimiyyəti orqanlarının 2 və iştirakçı bankların 2 nümayəndəsi daxildir. Himayəçilik Şurası Fondun təşkilati strukturunu, fondun illik büdcəsini, fondun qaydalarını təsdiq edir və qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri yerinə yetirir.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilmişdir. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























