“Bank Avrasiya” maliyyə vəziyyətini açıqladı
“Bank Avrasiya” ASC 2022-ci ilin ilk yarısını (yanvar-iyun dövrünü) 165 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 3 milyon 928 min manat xalis zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə “Bank Avrasiya”nın faiz gəlirləri 5 milyon 807 min manat ikən, 2022-ci ilin eyni dövründə 5 milyon 956 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 917 min manatdan 1 milyon 374 min manata yüksəlib.
BANK BÖYÜYÜB
“Bank Avrasiya” ASC-nin cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 15 milyon 243 min manat və ya 9,1% artaraq 30 İyun 2022-ci il tarixində 182 milyon 688 min manata çatıb. Aktivlərin 114 milyon 262 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda cəmi aktivlərin 114 milyon 221 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. Cari ilin 6 ayı ərzində Bankın qiymətli kağızlara investisiyaları 31,5% artaraq 22 milyon 139 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
5 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
5 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"





















