Azercell-in xidmət mərkəzi Zəngilanın Ağalı kəndinin ilk sakinlərinin yolunu gözləyir
(®) 19 iyul 2022-ci il tarixində Azərbaycanlı əhalinin işğaldan azad olunan Qarabağ torpaqlarına “Böyük Qayıdış”ı başladı. Azad edilmiş ərazilərdə ilk mobil rabitə xidmətini təqdim edən Azercell şirkəti bu tarixi hadisəyə - 30 ilə yaxındır yurd həsrəti ilə yaşayan ailələrin Zəngilan rayonunda Ağalı kəndinə qayıtmasına öncədən hazırlaşdı. Qeyd edək ki, Zəngilana qayıdacaq ilk 100 ailə Azercell-dən 5 GB internet almaqla yanaşı, xüsusi hədiyyələrlə qarşılanacaq.
Ölkəmizdə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “Ağıllı kənd” layihəsinin icra olunduğu Ağalı kəndində bu ilin iyunundan etibarən “Azercell Telekom” MMC-nin rəsmi satış və xidmət məntəqəsi fəaliyyət göstərir. Abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunmuş məntəqədə şirkətin digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər abunəçi əməliyyatlarının icrası mümkündür. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edirlər. Paytaxt və digər bölgələrdə fəaliyyət göstərən diler mağazalarında olduğu kimi, Ağalı kəndində yerləşən mağazada da gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə etmək, mobil telefonları kredit və nağd şəkildə satın almaq mümkündür.
Həyatın yenidən qayıtdığı ərazilərimizdə “Böyük Qayıdış”ı təmin etmək üçün yenidənqurma işləri, bütün istiqamətlər üzrə infrastrukturun bərpası, müxtəlif istiqamətli genişmiqyaslı işlər və sosial layihələr həyata keçirilir. Azercell şirkəti də özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə əsaslanaraq, işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini verir və Qarabağda mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Şirkət bu ərazilərdə ən müasir radio baza stansiyalarını quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.
Bundan əlavə, azad olunmuş ərazilərimizdə Azercell-in şəbəkəsindən faydalanan abunəçilərə dəstək məqsədilə şirkətin Müştəri Xidmətləri komandası Zəngilanın Ağalı kəndi də daxil olmaqla, bir çox bölgələr, o cümlədən Şuşa, Cəbrayıl, Qubadlı və Kəlbəcərə səfər edib, abunəçilərə ödənişsiz xidmət göstəriblər.
Azercell şirkəti böyük sevinc və qürur hissi ilə işğaldan azad olunmuş torpaqlara qayıdan həmvətənlərimizi ən qabaqcıl telekommunikasiya xidmətləri ilə təmin etmək üçün öz infrastrukturunu qurmağa davam edir, bu ərazilərin dirçəlməsi və yenidən qurulması prosesində iştirak etməyə hazır olduğunu bəyan edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























