Daha bir bank mənfəət açıqladı - ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB
"AFB Bank"ASC 2022-ci ilin ilk 6 ayını (yanvar-iyun dövrünü) 8 milyon 674 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 8 milyon 183 min manat xalis mənfəət ilə bağlamışdı. 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında "AFB Bank"ın xalis mənfəəti 491 min manat və ya 6% artıb.
Marja.az xəbər verir ki, "AFB Bank"ın faiz gəlirləri 2021-ci ilin birinci yarısında 6 milyon 476 min manat ikən, 2022-ci ilin birinci yarısında 8 milyon 442 min manat təşkil edib (1 milyon 966 min manat və ya 30,4% artıb). Bankın qeyri-faiz gəlirləri isə 3 milyon 946 min manatdan 4 milyon 877 manata yüksəlib (931 min manat və ya 23,5% artıb).
ƏMƏLİYYAT MƏNFƏƏTİ 1,9 DƏFƏ ARTIB
2022-ci ilin yanvar-iyun dövründə "AFB Bank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 13 milyon 320 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 8 milyon 568 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 752 min manat təşkil edib. Eyni zamanda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 3 milyon 922 min manat mənfəətə əlavə edilib. Nəticədə, "AFB Bank" ASC 2022-ci ilin ilk 6 ayını 8 milyon 674 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qedək ki, 2021-ci ilin yanvar-iyun dövründə "AFB Bank" ASC-nin cəmi əməliyyat gəlirləri 10 milyon 422 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 937 min manat, əməliyyat mənfəəti 2 milyon 485 min manat təşkil etmişdi. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 5 milyon 698 min manat mənfəətə əlavə edilmişdi. Nəticədə "AFB Bank" ASC 2021-ci ilin ilk 6 ayını 8 milyon 183 min manat xalis mənfəət ilə bağlamışdı.
"AFB Bank" ASC-nin əməliyyat gəlirlərinin 2 milyon 898 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 631 min manat artıb. Nəticədə, Bankın əməliyyat mənfəəti 1,9 dəfə və ya 2 milyon 267 min manat daha çox olub.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
"AFB Bank" tərəfindən müştərilərə verilmiş cəmi kreditlər ötən ilin sonu ilə müqayisədə 11 milyon 5 min manat və ya 7,7% artaraq 30 iyun 2022-ci il tarixində 153 milyon 793 min manata çatıb. Eyni tarixdə, "AFB Bank" 267 milyon 743 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 272 milyon 238 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalması nağd pul vəsaitlərinin və qiymətli kağızlara investisiyaların azalması ilə əlaqədardır.
30 İyun 2022-ci il tarixində "AFB Bank" ASC 79 milyon 839 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 80 milyon 20 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 d. əvvəl
-
-
13 d. əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
31 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 58 d. əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Expressbankın depozit portfeli böyüyüb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Ən çox oxunanlar
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!























