“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfə artıb
“Ziraat Bank Azərbaycan” ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 3 milyon 811 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 918 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 2 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
Marja xəbər verir ki, "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 3 milyon 97 min manat və ya 26,6% artaraq 14 milyon 748 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 839 min manat və ya 89,2% artaraq 6 milyon 23 min manat təşkil edib.
BANK BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə "Ziraat Bank Azərbaycan" ASC-nin cəmi aktivləri 52 milyon 779 min manat və ya 13,6% artaraq 30 iyun 2022-ci il tarixində 440 milyon 849 min manata çatıb. Bank tərəfindən müştərilərə verilmiş kreditlər isə 57 milyon 712 min manat və ya 25% artaraq 288 milyon 924 min manata yüksəlib.
2021-ci ilin sonu ilə müqayisədə "Ziraat Bank Azərbaycan" ASC-nin depozit portfeli 17 milyon 883 min manat və ya 8,5% artaraq 30 iyun 2022-ci il tarixində 228 milyon 28 min manata çatıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATA YAXINLAŞIB
30 İyun 2022-ci il tarixində "Ziraat Bank Azərbaycan" ASC 98 milyon 381 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 78 milyon 29 min manat məcmu kapitala malik idi.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 d. əvvəl
-
-
13 d. əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
31 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 58 d. əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Expressbankın depozit portfeli böyüyüb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Ən çox oxunanlar
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
























