"Norm"dan daha az satışa malik olan "Holcim" çatdırılmaya 2 dəfə çox xərcləyib
Azərbaycanda iki iri sement istehsalçısının çatdırılmaya çəkdikləri xərcdəki fərq diqqəti cəlb edir.
Marja.az xəbər verir ki, 2021-ci ildə "Norm" ASC 170 milyon 864 min manatlıq sement məhsullarının çatdırılmasına 11 milyon 965 min manat xərc çəkib. Ötən il "Holcim Azərbaycan" ASC isə 114 milyon 996 min manatlıq məhsulların çatdırımasına 22 milyon 399 min manat xərcləyib.
Göründüyü kimi, "Holcim Azərbaycan" şirkətinin satışı "Norm" şirkətinin satışından təxminən 33% az olmasına baxmayaraq çatdırılma xərcləri 2 dəfəyə yaxın çox olub.
2021-ci ildə "Norm" şirkətinin satışdan gəlirləri 170 milyon 864 min manat, xalis mənfəəti 28 milyon 397 min manat təşkil edib. Ötən il "Holcim Azərbaycan" şirkətinin satışdan gəlirləri 114 milyon 996 min manat, xalis mənfəəti isə 3 milyon 124 min manat olub. "Holcim Azərbaycan" "Norm" ilə müqayisədə 9 dəfə az xalis mənfəət əldə edib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
20 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
-
- 28 d. əvvəl
-
28 d. əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 34 d. əvvəl
- 40 d. əvvəl
- 47 d. əvvəl
-
49 d. əvvəl
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
-
53 d. əvvəl
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
Ən çox oxunanlar
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub
























