Kartların 70 faizə yaxını tәmassız ödәnişlәri dәstәklәyir
Ölkәdә nağdsız ödәnişlәrin aparılmasında bank kartları әsas ödәniş alәti kimi istifadә olunur. 2022-ci ilin 6 ayı üzrә ölkәdә nağdsız ödәnişlәrin hәcmi әhәmiyyәtli dәrәcәdә artmış, tәmassız texnologiyaların, elektron ticarәtin istifadәsi genişlәnmişdir.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Qeyd edilib ki, 01.07.2022-ci il tarixinә dövriyyәdә olan ödәniş kartlarının sayı 12.7 mln. әdәd tәşkil etmiş vә bu kartların 69.4%-i tәmassız ödәnişlәri dәstәklәmişdir. Ödәniş kartlarının 88%-ni (11.1 mln. әdәd) debet kartlar, 12%-ni (1.6 mln. әdәd) isә kredit kartları tәşkil etmişdir. 2021-ci ilin analoji dövrü ilә müqayisәdә ödәniş kartlarının sayı 21%, o cümlәdәn tәmassız kartların sayı 64% artmışdır.
2022-ci ilin 6 ayı әrzindә ölkә daxilindә ödәniş kartları ilә aparılmış әmәliyyatların ümumi hәcmi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә 54.5% artaraq 24.6 mlrd. manat, o cümlәdәn nağdsız ödәnişlәrin hәcmi 2.2 dәfә artaraq 9.9 mlrd. manat olmuşdur. Ödәniş kartları ilә aparılmış ölkәdaxili әmәliyyatlarda nağdsız hesablaşmaların xüsusi çәkisi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә 12.2% bәndi yüksәlәrәk 40.4%-ә bәrabәr olmuşdur.
Ölkәdә ödәniş kartları ilә aparılan nağdsız ödәnişlәrin böyük hissәsi elektron ticarәt әmәliyyatlarının payına düşmüşdür. 2022-ci ilin 6 ayı әrzindә ölkәdaxili elektron ticarәt әmәliyyatlarının sayı ötәn ilin analoji dövrü ilә müqayisәdә 2.3 dәfә artaraq 105 mln. әdәd, hәcmi isә 2.8 dәfә artaraq 7.4 mlrd. manat olmuşdur.
Tәsәrrüfat subyektlәrindә 2022-ci ilin 6 ayı әrzindә POS-terminal vasitәsilә aparılan nağdsız әmәliyyatların sayı ötәn ilin analoji dövrü ilә müqayisәdә 93% artaraq 82.4 mln. әdәd, hәcmi isә 41.2% artaraq 2.5 mlrd. manat olmuşdur. O cümlәdәn, 2022-ci ilin 6 ayı әrzindә POS-terminallarla aparılan tәmassız ödәnişlәrin sayı ötәn ilin analoji dövrü ilә müqayisәdә 2.8 dәfә artaraq 73.3 mln. әdәd, hәcmi isә 2.1 dәfә artaraq 2 mlrd. manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
4 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
4 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























