ABŞ-da ailələrin borcu 16 trilyon dolları keçib
ABŞ Federal Ehtiyat Sisteminin Nyu-York idarəsi tərəfindən hazırlanan 2022-ci ilin ikinci rübü üçün Ev Təsərrüfatlarının Borcu və Kredit Hesabatı dərc edilib.
Marja xəbər verir ki, amerikalıların ümumi ailə borcu bu ilin ikinci rübündə 2% artaraq 16,15 trilyon dollara çatıb.
İlin ikinci rübündə əvvəlki rüblə müqayisədə 312 milyard dollar artan ev təsərrüfatlarının borcu illik müqayisədə (ötən ilin ikinci rübü ilə müqayisədə) 1,2 trilyon dollar artıb.
Mənzil krediti borcları
Bu dövrdə ABŞ-da ev təsərrüfatlarının borclarının artmasına mənzil kreditlərindən qaynaqlanan borcların artması səbəb olub.
Mənzil kreditləri amerikalıların ev təsərrüfatlarının borcunun ən böyük hissəsini tutur, bu borc əvvəlki rübdən 207 milyard dollar artaraq ikinci rübdə 11,39 trilyon dollara yüksəlib.
Amerikalıların ən çox digər borcları - 1,59 trilyon dollarlıq tələbə kreditləri, 1,5 trilyon dollarlıq avtomobil kreditləri və 890 milyard dollarlıq kredit kartlarıdır.
İkinci rübdə kredit kartı borclarının 46 milyard dollar artması diqqət çəkir.
Avtomobil kreditləri üzrə borc eyni dövrdə 33 milyard dollar, tələbə kreditləri üzrə borclar isə 1 milyard dollar artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)






