Azərbaycanın “Qızılgüllər diyarı”nda gül yağı zavodu tikilir
Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Təsadüfi deyil ki, Zaqatala respublikamızda “Qızılgüllər diyarı” kimi də tanınır.
Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, Zaqatala rayonunda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri iş aparılır.
Artıq rayonun Aşağı Tala kəndinin ərazisində gül yağı zavodunun tikintisinə də başlanılıb. Emal müəssisəsinin tikintisi “AZROSE” MMC-nin sifarişi ilə “LSM-İnşaat” MMC tərəfindən həyata keçirilir.
İş icraçısı İbrahim İbrahimov bildirib ki, zavodun ümumi ərazisi 2,7 hektardır. Müəssisəyə istehsalat binası, hazır məhsul anbarı, inzibati bina, həmçinin yardımçı tikililər, o cümlədən qazanxana binası, 200 kubmetr tutumu olan su anbarı, nasosxana və sutəmizləyici qurğu daxildir. Hazırda inzibati binanın ikinci mərtəbəsində qəlib və armaturlama işləri görülür. İstehsalat binasının bünövrəsinin betonlanması işləri də artıq yekunlaşıb.
Zavodun tikintisinin bu il avqustun sonu - sentyabrın əvvəlində başa çatdırılması nəzərdə tutulur.
Emal müəssisəsinin xammala olan tələbatını ödəmək məqsədi ilə yeni gül plantasiyasının salınması üçün ötən il rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd qızılgül, 25 hektar sahədə isə 500 min ədəd lavanda tingləri əkilib. Gələcəkdə gül plantasiyasından ildə 500 ton gül ləçəyinin toplanması planlaşdırılır.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
© Azərtac
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
34 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























