Azərbaycanda market şəbəkələri birləşdi
"Bizim market"lər şəbəkəsi və "Novas Home" mağazaları "Bolmart", "Grandmart" və "Megastore" supermarketlər şəbəkələri ilə birgə fəaliyyətə qərar verib.Avqustun 12-də ölkəmizin ən məşhur supermarketlər şəbəkəsindən biri olan "Bizim market"lər şəbəkəsi və "Novas Home" qeyri-qida mağazaları müştərilərə xidmət səviyyəsinin daha da artırılması məqsədilə "Bolmart", "Grandmart" və "Megastore" supermarketlər şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək barədə qərar veriblər.
Məlumata görə, "Bizim market"lər şəbəkəsinin gələcək fəaliyyətinin inkişafı və idarə edilməsi bu sahədə qabaqcıl təcrübələrə malik olan Turan Özbahçeci və Eşqin İsmayıllıya həvalə edilib.
Onların rəhbərliyi altında mövcud mağazaların sayı 96-ya, fəaliyyət göstərən əməkdaşların sayı isə 5 000 nəfərə çatıb.
"Yeni iş ortaqlığı ilə daxili bazarda pərakəndə satış üzrə önəmli yeniliklərə imza atılacağına, "Bizim Market"lər şəbəkəsi ilə birlikdə "NOVAS Home" qeyri-qida markasının bu sahədə dəyərinin daha da artacağına inanırıq",- "Bizim market"dən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
9 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
26 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 43 d. əvvəl
-
49 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim






























