Android-lilər üçün şad xəbər: Google Pay indi Rabitəbank kartları üçün də aktivdir!
(®) Bu gündən etibarən Rabitəbank müştəriləri həm Android, həm də WearOS cihazlarında “Google Pay” xidmətindən istifadə edə biləcəklər. “Google Pay”, istifadəçilərə mağazalarda (təmassız ödənişlərin aktiv olduğu), tətbiqetmələrdə və internet üzərindən təhlükəsiz alış-veriş etmək imkanı yaradır.
Bir neçə ay öncə Apple Pay ödəmə üsulunu müştərilərinə təqdim edən “Rabitəbank” ASC, bu dəfə sevindirici xəbəri Android əməliyyat sistemli elektron cihaz istifadə edən müştərilərinə çatdırır. Artıq fiziki kartla ödəniş dövrü geridə qaldı! Bankın müştəriləri mobil cihaz vasitəsilə təmassız ödənişin üstünlüklərindən yararlanacaqlar.
Təhlükəsizlik və məxfilik Google Pay və Google Wallet-in əsas üstünlükləridir ki, bu da çoxsaylı təhlükəsizlik təbəqələri ilə ödənişləri daha təhlükəsiz edir. Ödəniş etmək istədiyiniz yerdə təmassız ödəniş işarəsini görməyiniz kifayətdir ki, elektron cihazınızı POS-terminala yaxınlaşdıraraq ödənişi tamamlaya bilərsiniz. Google Pay-ə qoşulmaq üçün elektron cihazınıza “Google Wallet” tətbiqetməsini yükləyin, növbəti addımda + (üstəgəl) işarəsini basıb, oradakı təlimatlara əsasən Rabitəbank kredit və ya debet kartınızı əlavə etməyiniz kifayətdir.
Bununla yanaşı, müştərilər Google Pay vasitəsilə WearOS cihazlarına yüklənmiş tətbiqlərdə və ya internet brauzerlərində açılmış saytlarda rahat və ani alış-veriş edə bilərlər. Beləliklə, artıq qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmır.
Qeyd edək ki, Google Wallet-dən istifadə üçün telefonda Android 6.0 və daha yuxarı yeniləmə olmağı kifayətdir.
Google Pay ailəsinə qoşulmuş müştərilər Rabitəbank-ın öz kart istifadəçilərinə təklif etdiyi keşbek bonusu və endirimlərdən yararlanmağa həmişəki qaydada davam edəcəklər.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
30 d. əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib


























