İran: Son 5 ayda ölkənin neft gəlirləri 5 dəfə artıb
İranın iqtisadiyyat naziri İhsan Handuzi ölkənin neft gəlirlərinin son 5 ayda 5 dəfə artdığını bəyan edib.
Marja İSNA agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Handuzi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ölkə iqtisadiyyatının vəziyyəti barədə məlumatlar verib.
“Ötən illə müqayisədə son 5 ayda ölkənin neft gəlirləri 5 dəfə artıb”, - deyə Handuzi bildirib.
Son bir ildə ölkəyə xarici sərmayə qoyuluşlarında ikiqat artım olduğunu qeyd edən Handuzi, ABŞ-ın tətbiq etdiyi sanksiyaların davam etdirilməsi və ya ləğv edilməsini nəzərə alaraq iqtisadi planların hazırlandığını qeyd edib.
“Mübarək Polad Zavodunda idarəetmə problemi var idi”
Həmçinin Handuzi İranın İsfahan şəhərindəki Mübarək Polad Zavodunda baş verən 3,5 milyard dollarlıq korrupsiya ilə bağlı "Mübarək Polad Zavodunda idarəetmə problemi var idi" deyib.
İran parlamenti sözügedən zavoddakı korrupsiya ilə bağlı 300 səhifəlik hesabat hazırlamışdı.
ABŞ 2015-ci ildə, İran və 5+1 ölkələri arasında 2018-ci ildə imzalanmış nüvə sazişindən çıxdıqdan sonra İrana neft satışını məhdudlaşdırmaq da daxil olmaqla bir sıra iqtisadi sanksiyalar tətbiq edilib.
Nüvə razılaşmasının canlandırılması ilə bağlı bir müddət əvvəl başlayan danışıqların bu günlərdə yekunlaşdığı bildirilsə də, tərəflər arasında bəzi məsələlərin hələ də həll olunmadığı bildirilir.
Tehran administrasiyası tez-tez sanksiyaların ölkə iqtisadiyyatına zərər vermədiyi barədə bəyanatlar verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








