AzFinance-dan "zərər" açıqlaması
"AzFinance İnvestisiya Şirkətinin 2015 və 2016-cı illər üzrə zərər açıqlaması infrastrukturun inkişafına böyük investisiya qoyuluşu ilə bağlıdır".
Bunu “Marja”ya açıqlamasında AzFinance İnvestisiya Şirkətinin Direktor müavini İntiqam Səfərəliyev bildirib.
“AzFinance İnvestisiya Şirkəti uzunmüddətli fəaliyyət planına malikdir və Azərbaycanın kapital bazarının potensialı çox böyükdür” deyən şirkətin Direktor müavini zərərin yaranmasını belə şərh edib:
“Biz bu potensialın həyata keçməsi və buradan ciddi pay götürmək üçün infrastrukturu möhkəmləndiririk. Keçən 3 il ərzində infrastrukturun inkişafına böyük investisiya qoyuluşu etmişik. Kadr potensialının inkişafına, müştərilərin birjada elektron ticarət aparması üçün platformanın inkişafına, xarici bazarların təhlil edilməsi və orada ticarətin həyata keçirilməsi üçün infrastrukturun yaradılmasına və onun qorunub saxlanılmasına ciddi vəsait ayırmışıq. Azərbaycan üçün yeni olan aktivlərin idarə edilməsi xidmətinin yaradılmasına ciddi əmək sərf etmişik. Deyə bilərəm ki, müvəffəq də olmuşuq. Hal hazırda qurduğumuz şirkətin Avropa standardlarında bir xidmət verdiyini deyə bilərik.
Müştərilərin vəsaitlərinin qiymətli kağızlar bazarnda idarə edilməsi üçün təkcə 2017-ci ilin ilk 5 ayında əlavə 20 mln AZN-dən çox vəsait cəlb etmişik. Müştərilərimiz elektron imzadan istifadə edərək online qiymətli kağızları alıb sata bilərlər. Xarici bazarlarda ticarət edilən istənilən qiymətli kağızları Azərbaycandan bizim vasitəmizlə alıb sata bilərlər.
Şirkətimizdə 15 nəfərdən çox ixtisaslı kardlar çalışır. Bütün bunlar bu sahənin inkişafının birinci mərhələsində bizim rolumuzu daha da artıracaqdır. 2017-ci ildə kapital bazarında baş verən hərəkətlilik bu sahənin yaxın gələcəkdə inkişaf sürətinin artacağından xəbər verir. Biz gəlirlərimizi xərcləməyib cari ili mənfəətlə də başa vura bilərik. Lakin gördüyümüz potensial bu mənfəətin yanında yüz dəfələrlə böyükdür və biz bu potensialı mənfəətə çevirəcəyik”.
İntiqam Səfərəliyev qeyd edib ki, AzFinance Azərbaycanın tarixində ən böyük investisiya şirkətidir: "Hal hazırda kapitalının həcminə, aktivlərinin həcminə, əməliyyatlarının həcminə və əhatə etdiyi sahələrə görə, göstərdiyi xidmətlərin sayına və işçilərinin sayına və peşəkarlığına görə şirkətimiz birincidir. 10 il əvvəl aktivləri bizim aktivlərdən kiçik olan banklar var idi. İndi isə onlar 10-20 dəfə böyüyüblər.
Yayılmış xəbərlərə diqqət yetirsək görərik ki, bütün göstəricilər artmışdır. Həm də bu ən çətin 2016-cı ildə baş vermişdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
7 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















