Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib
Mərkəzi Bankın təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri olan nağdsız ödəniş ekosisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Mərkəzi Bankın yaydığı məlumatada bildirilir ki, bank sektoru və beynəlxalq kart təşkilatlarının iştirakı ilə rəqəmsal ödəniş həllərinin tətbiqi kənd sakinlərinin maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqla rahat, sürətli və təhlükəsiz ödənişlərin qəbuluna imkan yaratmışdır.
Həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin olunmuşdur. Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılmış, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılmışdır. Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılmış və ödəniş kartları təqdim olunmuşdur.
Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə Ağalı kənd orta məktəbinin şagirdləri üçün “Smart təhsil kartı” layihəsi uğurla icra olunmuşdur. Layihə çərçivəsində həm məktəbli kartı, həm də nağdsız ödənişlərin həyata keçirilməsinin dəstəklənməsi funksionallıqlarını özündə birləşdirən smart təhsil kartları şagirdlərə təqdim edilmişdir.
Ağalı kəndində yaradılmış nağdsız ödəniş infrastrukturundan istifadənin stimullaşdırılması məqsədilə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi “cashback” layihələrinə start verilmişdir. Bununla yanaşı, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə bütün hədəf qruplarını əhatə edəcək maarifləndirici tədbirlər proqramı hazırlanmışdır. Proqram çərçivəsində məktəblilər üçün nəzərdə tutulan vebinarlarda iştirakın stimullaşdırılması məqsədilə bütün məktəblilər planşetlərlə təmin olunmuşdur.Qeyd edək ki, “ağıllı kənd” konsepti əsasında həyata keçirilən nağdsız ödəniş layihələrinin digər regionlarda da tətbiqi nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
15 d. əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 11 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
14 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
14 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER




















