Volkswagen Porsche-nin bir hissəsini sataraq 9,4 milyard avroya qədər gəlir əldə etməyi hədəfləyir
Porsche-nin bazar dəyərinin 70-75 milyard avroya çatacağı gözlənilir.Almaniyanın avtomobil istehsalçısı Volkswagen (VW) Qrupu sentyabrın 29-da Porsche avtomobil istehsalçısının səhmlərinin 12,5%-ni 8,7-9,4 milyard avro arasında ilkin kütləvi təklif ilə (IPO) satmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Volkswagen əldə etdiyi gəlirin təxminən yarısını birdəfəlik xüsusi divident ödəmək üçün istifadə edəcək, qalan hissəsi isə akkumulyator texnologiyasına keçidə kömək etmək üçün avtomobil istehsalçısına (Porsche-yə) veriləcək.
Frankfurt Fond Birjasında ticarət ediləcək qiymətli kağızların dəyərinin 76,5 ilə 82,5 avro arasında olması, idman avtomobil markasının dəyərini 70-75 milyard avroya çatdırması gözlənilir.
İlkin məlumatlara görə, səhmlərin bir hissəsini aparıcı investorlar, ilk növbədə Qətər və Əbu-Dabinin suveren fondları, həmçinin Norveç Bankı alacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
51 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 55 d. əvvəl
-
- 59 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
3 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
4 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























