Bloomberg: Mövcud enerji böhranı 2009-cu ilin maliyyə böhranına kölgə sala bilər
Vaşinqtondakı Peterson Dünya İqtisadiyyatı İnstitutunun baş elmi işçisi Maurice Obstfeld deyib ki, Avropa kifayət qədər dərin tənəzzülə doğru irəliləyir.Rusiya qazının Avropaya tədarükünün kəsilməsinin iqtisadi təsiri sürətlə artır və 2009-cu il qlobal maliyyə böhranının təsirlərini üstələmək təhlükəsi yaradır.
Marja xəbər verir ki, bu fikri çərşənbə axşamı Bloomberg agentliyi bildirib.
Agentlik qeyd edir ki, indi qitə miqyasında tənəzzül qaçılmaz göründüyü üçün kimya istehsalçıları, avtomobillər və polad zavodları üçün “sərt qış” gəlir: ev təsərrüfatları ilə yanaşı, onlar “enerji ödənişlərinin sürətlə artması barədə həyəcan təbili çalırlar”.
Agentlik Avropanın ÜDM-nin 1% azalacağını proqnozlaşdırır və azalma oktyabrda başlayacaq.
Bloomberg hesab edir ki, növbəti aylar xüsusilə soyuq keçərsə və Avropa İttifaqının 27 ölkəsi qıt yanacaq ehtiyatlarını effektiv şəkildə bölüşdürə bilməsə, onda ÜDM 5%-ə düşə bilər. Bu, təxminən 2009-cu ilin tənəzzülü ilə eynidir. Belə bir ssenarinin qarşısı alınsa belə, Avrozona hələ də 2023-cü ildə İkinci Dünya Müharibəsindən sonra üçüncü ən böyük tənəzzülü yaşamağa yaxın olacaq, Almaniya isə ən çox zərbə alan ölkə olacaqdır.
Kimya sənayesi üzrə dünyanın aparıcı istehsalçılarından biri olan Almaniyanın "Evonik Industries AG" konserni agentliyə elektrik enerjisinə görə “yüksək xərclərə görə uzunmüddətli potensial ziyan” barədə məlumat verib. "Almaniya iqtisadiyyatının və xüsusən də kimya sənayesinin çiçəklənməsinin əsas şərti enerjinin münasib qiymətlərlə daimi olmasıdır", - şirkətin məlumatında deyilir.
Avropanın ən böyük avtomobil istehsalçısı Volkswagen AG də oxşar vəziyyətlə üzləşib və keçən həftə qaz qıtlığının davam edəcəyi təqdirdə istehsalı Almaniya və Şərqi Avropadan köçürməyi nəzərdən keçirdiyini bildirib.
Daha əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı vəzifəsində çalışmış Vaşinqtondakı Peterson Dünya İqtisadiyyatı İnstitutunun baş elmi işçisi Maurice Obstfeld, "Avropa kifayət qədər dərin tənəzzülə doğru aydın şəkildə irəliləyir" demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
6 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 6 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















