Avropa Bankı gələn il Azərbaycanda iqtisadi artımın düşəcəyini gözləyir - XƏBƏRDARLIQ
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu gün özünün son Regional İqtisadi Perspektivlər (REP) hesabatında bildirir ki, Ermənistan, Azərbaycan və Gürcüstan iqtisadiyyatları son illərdə ən yüksək artım templərinə malikdirlər.
Marja.az-ın məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan yüksək enerji qiymətlərilə artan yüksək səviyyəli neft və qaz gəlirlərindən, eyni zamanda qeyri-enerji sektorunun güclü göstəricilərindən istifadə edir.
Həmçinin qeyd edilib ki, Azərbaycan üçün qeyri-müəyyənlik həm enerji qiymətlərindən, həm də inflyasiyadan qaynaqlanır. Gürcüstan üçün isə risklər xarici şokların əhəmiyyətli ehtimalı ilə şərtlənir. Ermənistanın timsalında bunlar ölkənin getdikcə təcrid olunmuş Rusiya iqtisadiyyatı ilə sıx əlaqələri ilə daha da güclənir.
Azərbaycan iqtisadiyyatının bu il 4,5 faiz, gələn il isə 2,5 faiz artacağı proqnozlaşdırılır. 2022-ci ildə Gürcüstan iqtisadiyyatının 8 faiz artımı, gələn il isə 5 faizə enməsi proqnozlaşdırılır. Eynilə, Ermənistan iqtisadiyyatında bu il gözlənilən 8 faizlik artımın 2023-cü ildə 4 faizə enəcəyi ehtimal edilir.
Qeyd edilib ki, 2022-ci ilin birinci yarısında Qafqazda inflyasiya enerji və ərzaq məhsullarının qiymət artımının yeni dalğası səbəbindən sürətlənib.
İndi inflyasiya orta hesabla 10 faiz təşkil edir ki, bu da hələ də yüksəkdir.
Azərbaycanda qeyri-enerji sektorunun güclü göstəriciləri 2022-ci ilin ilk yeddi ayı ərzində 6,2 faiz iqtisadi artıma səbəb olub. Karbohidrogenlərin qiymətlərinin artması ixrac gəlirlərini demək olar ki, iki dəfə artırıb, cari hesabda və büdcədə böyük profisitlərə gətirib çıxarıb.
Yüksək enerji qiymətlərinin yaxın perspektivdə ölkənin iqtisadi artımını dəstəkləyəcəyi gözlənilir. 2022-ci il üçün ÜDM-in 4,5 faiz, 2023-cü ildə isə 2,5 faiz artacağı ilə bağlı may proqnozu dəyişməz olaraq qalır.
Gürcüstanda 10,3 faizlik güclü artım, demək olar ki, pandemiyadan əvvəlki səviyyələrə çatmış turizmdə artım və pul köçürmələrindəki artım ilə dəstəklənir.
Hesabatda qeyd edilib ki, Ermənistanda 2021-ci ildə müşahidə olunan möhkəm canlanma 2022-ci ildə artımı sürətləndirib və yanvar-iyul aylarında iqtisadi artım 13,1 faizə çatıb. Gürcüstanda olduğu kimi, Rusiyadan çoxlu insan və firmaların gəlişi tələbatın artmasına səbəb olub. Bu, Ermənistana artan ticarət kəsirini maliyyələşdirməyə kömək edib. Hesabat 2022-ci ildə əvvəlki 4,5 faizlik proqnozdan 8 faiz güclü artım proqnozlaşdırır. 2023-cü ildə iqtisadi artımın 4 faizə enəcəyi gözlənilir.
Bütövlükdə, AYİB 2022-ci ildə region üzrə iqtisadiyyatın 2,3 faiz artacağını proqnozlaşdırır. Bu, onun may proqnozuna nisbətən 1,2 faiz bəndi yuxarıdır.
Bank 2023-cü ildə zəif iqtisadi artım barədə xəbərdarlıq edir. Proqnozlar, Ukraynaya qarşı müharibənin şiddətlənəcəyi təqdirdə daha da aşağı risklərə məruz qala bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
52 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























