Məmməd Musayev: "Kənd təsərrüfatı sahəsində kreditləşmə səviyyəsi məqbul deyil"
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub.
KOBİA_nın yaydığı məlumatda bildirilir ki, tədbirdə aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl qurumların, biznes assosiasiyaların təmsilçiləri iştirak ediblər.
İctimai müzakirədə iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrobiznes sahələrinin inkişafı üçün daha əlverişli mühitin yaradılmasının dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin prioritet vəzifələrindən olduğunu vurğulayıb. Qeyd edilib ki, dünyada iqtisadi, ekoloji, o cümlədən iqlim dəyişikliyi kimi yeni çağırışlar yaranıb. Məqsədimiz yeni çağırışlara uyğun olaraq yeni və müasir aqrobiznes mühitinin daim qorunub saxlanılmasıdır. Bu kimi ictimai müzakirələr aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirərək beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün üsul və vasitələrin müəyyənləşdirilməsi baxımından vacibdir. Nazir İnam Kərimov aqrobiznes sahələri üzrə həyata keçirilən dəstək tədbirləri barədə də məlumat verib.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, məşğul əhalinin 35%-i kənd təsərrüfatı sahəsində çalışır. 1 sentyabr 2022-ci il tarixinə kənd təsərrüfatına 598,8 milyon manat kredit ayrılıb ki, bu cəmi kredit qoyuluşunun 3,1%-ni təşkil edir. Məşğul əhalinin böyük bir hissəsini əhatə etməsinə baxmayaraq, bu sahənin kreditləşmə səviyyəsi məqbul deyil. Bu sahə ilə məşğul olan iş adamları kreditləşmənin özündə sığorta mexanizminin təkmilləşdirilməsini təklif edirlər. Kreditləşmədə sığorta mexanizminin təkmilləşdirilməsi həm də girov probleminin həllinə nail olmağa yardım edə bilər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin aqrobiznes fəaliyyətinin qurulmasına və inkişaf etdirilməsinə yönəlik dəstək mexanizmləri barədə məlumat verib, kənd təsərrüfatının istehsal, emal və satış istiqamətlərində biznesin inkişafına və sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərə dair fikirlərini bölüşüb, müxtəlif təkliflər səsləndirib. Qeyd olunub ki, aqrar sığorta mexanizminin geniş tətbiq edilməməsi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinin əlçatan olmaması, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sayəsində sənədləşdirmə prosedurlarının çətinliyi, texnoloji avadanlıqların köhnəlməsi, bazarlara çıxış və s. aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdir.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə prioritet mövzularda ictimai müzakirələrin növbəti aylarda da davam etdiriləcəyini bildirib.
Tədbirdə sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
10 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
11 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
11 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 12 saat əvvəl
-
12 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir



















