“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi hazırlanıb
Sentyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclasda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi də müzakirə edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaydığı məlumatda bildirilir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlət başçısının iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Sahibkarlığın inkişafında mikro, kiçik və orta sahibkarlığın xüsusi rolundan danışan komitə sədri bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, ötən müddət ərzində sahibkarlığın dəstəklənməsi istiqamətində həm dövlət, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən lazımi addımlar atılıb. Sahibkarlara güzəştli kreditlər verilib, subsidiyalar ayrılıb, yeni iş yerlərinin açılmasına şərait yaradılıb. O, qanun layihəsinin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu deyib. Sənədin bu sahənin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
İclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov bildirib ki, dünyada baş verən böhrana baxmayaraq, ölkəmizdə sabit və davamlı inkişaf təmin edilir, mənfi iqtisadi maliyyə təsirlərinin qarşısı alınır, müsbət iqtisadi və sosial inkişaf dinamikası müşahidə olunur, müasir çağırışlara cavab olaraq artıq yeni strateji kursun icrasına başlanılıb. İqtisadi inkişafın təmin edilməsində xüsusi rol oynayan kiçik və orta biznes subyektləri bu proseslərin həyata keçirilməsində mühüm töhfələr verə bilərlər.
Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında deyib ki, Azərbaycanda KOB-ların mövcud potensialını nəzərə alaraq, onların imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. O, təqdim edilən qanun layihəsinin vacibliyini qeyd edərək, sahibkarların öz fəaliyytlərində ondan lazımınca yararlanacağını söyləyib. Bildirilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkə iqtisadiyyatında KOB-ların payının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu çərçivədə mövcud dəstək mexanizmlərindən istifadə edən KOB-ların əhatə dairəsinin genişləndirilməsi, yeni daha səmərəli ünvanlı dəstək mexanizmlərinin tətbiqi ilə ölkədə mövcud biznes mühitinin inkişafı daha da sürətləndiriləcək. Orxan Məmmədov təqdim olunan qanun layihəsinin hazırlanması prosesi barədə danışaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənildiyini, layihə ilə bağlı ictimai müzakirələrin keçirildiyini, ekspert rəylərinin nəzərə alındığı diqqətə çatdırıb. Bildirib ki, müasir tələblərə cavab verən hüquqi tənzimləməni özündə ehtiva edən sənəd ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
Sonra KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, 5 fəsil, 15 maddədən ibarət olan qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Sənəddə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub. Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir. Təqdimatda qanunun qəbulundan sonra gözləntilər, onun icra mexanizmləri və uyğunlaşdırma ilə bağlı nəzərdə tutulan işlər barədə də məlumat verilib.
Müzakirələrdə çıxış edən komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Rüfət Quliyev, Mahir Abbaszadə, Məşhur Məmmədov yeni qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər. Qanunun ölkədə iqtisadiyyatın inkişafına xidmət edəcəyini bildiriblər.
Müzakirələrin sonunda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
9 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
9 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
10 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!




















