Azərbaycanın iri bankı 20 milyon manata yaxın xalis mənfəət açıqladı - 40 FAİZ ARTIB
Azərbaycanda 5 ən böyük bankdan biri olan Xalq Bank (ASC "Xalq" Bankı) 2022-ci ilin 9 ayını (yanvar-sentyabr) 19 milyon 926 min manat xalis mənfəət ilə başa vurub. Bankın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 5 milyon 682 min manat və ya 39,9% artıb. Xalq Bank ötən ilin yanvar-sentyabr dövrünü 14 milyon 243 min manat xalis mənfəət ilə bağlamışdı. Bankın xalis mənfəətindəki artım faiz və qeyri-faiz gəlirlərinin artması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında Xalq Bankın faiz gəlirləri 11 milyon 253 min manat və ya 16,1% artaraq 80 milyon 969 min manat, qeyri-faiz gəlirləri isə 5 milyon 640 min manat və ya 63,8% artaraq 14 milyon 478 min manat təşkil edib.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında Xalq Bankın faiz xərcləri 2 milyon 671 min manat və ya 18,9% aratarq 16 milyon 826 min manat, qeyri-faiz xərcləri isə 4 milyon 369 min manat və ya 10,1% artaraq 44 milyon 542 min manat təşkil edib.
2022-ci ilin 9 ayı ərzində Xalq Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 893 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 7 milyon 40 min manat artıb.
2022-ci ilin 9 ayında Xalq Bankın cəmi əməliyyat gəlirləri 95 milyon 447 min manat, cəmi əməliyyat xərcləri 61 milyon 369 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 34 milyon 78 min manat təşkil edib (2021-ci ilin 9 ayında əməliyyat mənfəəti 24 milyon 224 min manat təşkil etmişdi). Əməliyyat mənfəətinin 9 milyon 854 min manat artması gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ilin 9 ayında Xalq Bank əməliyyat mənfəətindən 8 milyon 697 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 4 milyon 79 min manat mənfəət vergisi ödəyib. Bank ötən ilin 9 ayında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 627 min manat ayırmışdı.
Xalq Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 259,8 milyon manat və ya 11,1% artıraraq 30 sentyabr 2022-ci il tarixində 2 milyard 599,2 milyon manata çatıb. Cari ilin 9 ayı ərzində Bankın kredit portfelinin həcmi 184,8 milyon manat və ya 13.02% artaraq 1 milyard 603.9 milyon manata, depozit portfelinin həcmi isə 235,3 milyon manat və ya 15,25% artaraq 1 milyard 778,55 milyon manata yüksəlib.
30 Sentyabr 2022-ci il tarixində "Xalq Bank" 460 milyon 400 min manat məcmu kapitala malik olub.
30 Sentyabr 2022-ci il tarixində 364 milyon 772 min 544 manat nizamnamə kapitalına malik olmuş ASC "Xalq" Bankın səhmdarları "EuroStandard" MMC (33,85 %), "İdeal Business Ko" MMC (50,00 %) və "Amal Invest Group" MMC-dir (16,15 %).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
3 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
3 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
3 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 4 saat əvvəl
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















