Bu bankın xalis mənfəəti 5 dəfədən çox artıb
"Turanbank" ASC 2022-ci ilin 9 ayını (yanvar – sentyabr) 2 milyon 145 min manat xalis mənfəət ilə başa vurub. "Turanbank"ın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 5,3 dəfə artıb. Bank ötən ilin eyni dövründə 404 min manat xalis mənfəət əldə etmişdi.
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Turanbank"ın faiz gəlirləri 14 milyon 371 min manat və ya 47,5% artaraq 44 milyon 569 min manat, qeyri-faiz gəlirləri isə 5 milyon 891 min manat və ya 136,2% artaraq 10 milyon 215 min manat təşkil edib.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Turanbank"ın faiz xərcləri 5 milyon 843 min manat artaraq 25 milyon 558 min manat, qeyri-faiz xərcləri isə 7 milyon 505 min manat artaraq 21 milyon 281 min manat təşkil edib.
Eyni zamanda, Bank 2 milyon 445 min manatlıq faiz borcları üzrə məqsədli ehtiyat yaradıb.
Beləliklə, Bankın gəlirlərinin 20 milyon 262 min manat artmasına qarşılıq xərcləri 15 milyon 793 min manat artıb. Yəni, gəlirlərdəki artımın 78%-ni xərclərdəki artım silib.
2022-ci ilin 9 ayında "Turanbank"ın cəmi əməliyyat gəlirləri 54 milyon 784 min manat, cəmi əməliyyat xərcləri 49 milyon 284 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 500 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 3 milyon 355 min manat ayırıb.
Xatırladaq ki, 2021-ci ilin 9 ayında "Turanbank"ın cəmi əməliyyat gəlirləri 34 milyon 522 min manat, cəmi əməliyyat xərcləri 33 milyon 491 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 30 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 627 min manat ayrımışdı.
2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayında "Turanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 92 milyon 366 min manat və ya 21,2 % artaraq 30 Sentyabr 2022-ci il tarixində 528 milyon 811 min manat təşkil edib.
30 Sentyabr 2022-ci il tarixində "Turanbank" 857 milyon 904 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 714 milyon 961 min manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayında "Turanbank"ın depozit portfeli 74 milyon 917 min manat və ya 17,9 % artaraq 492 milyon 369 min manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində "Turanbank" 95 milyon 176 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-də 91 miylon 917 min manat idi).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
6 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
6 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 7 saat əvvəl
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















